10 Oktyabr 2026 09:25
875
Mədəniyyət
A- A+
Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şərqşünaslıq tarixində xüsusi yeri olan görkəmli alim, filologiya elmləri doktoru, professor, elmə, təhsilə və mədəniyyətə həsr etdiyi ömür yolu ilə Azərbaycan qadınının intellektual potensialının və elmi fədakarlığının parlaq nümunəsi olan Aida İmanquliyevanın zəngin elmi və pedaqoji irsinə həsr olunmuş təqdimat hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, süni intellekt vasitəsilə hazırlanan təqdimatın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlillidir.

Təqdimatda Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındakı mühüm xidmətləri, ərəb filologiyası və ərəb-məhcər ədəbiyyatının tədqiqinə verdiyi töhfələr, eləcə də elm və təhsil sahəsindəki zəngin fəaliyyəti əhatəli şəkildə təqdim olunur. Materialda Aida İmanquliyevanın AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, elmi yaradıcılığında xüsusi əhəmiyyət daşıyan Mixail Nüaymə və "Qələmlər birliyi", Xəlil Cübran yaradıcılığı və yeni ərəb ədəbiyyatının nümayəndələrinin elmi araşdırmalarını özündə əks etdirən üç fundamental tədqiqat istiqaməti haqqında məlumat verilir. Bu tədqiqatların müasir ərəb ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi baxımından əhəmiyyəti qeyd olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatda Aida xanımın dünyagörüşünün və elmi düşüncəsinin formalaşmasında mühüm rol oynayan ailəsi, valideynləri - tanınmış jurnalist və ictimai-siyasi xadim Nəsir İmanquliyev və Şamaxının tanınmış ziyalı ailəsindən olan Gövhər Sultanzadə haqqında məlumatlar da yer alır.

Materialda Aida İmanquliyevanın elmi yaradıcılığının əsas istiqamətlərinin ərəb-məhcər, rus və Avropa ədəbiyyatının, romantizm və sentimentalizm cərəyanlarının tədqiqi olması, onun elmi irsinin bu gün də ərəb ədəbiyyatının, xüsusilə ərəb-məhcər ədəbiyyatının öyrənilməsi baxımından öz aktuallığını qoruduğu qeyd edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən "Ziya və zərifliyin təcəssümü-Aida xanım İmanquliyeva" adlı təqdimat bütün həyatını ölkənin elm-təhsil siyasətinin inkişafına, intellektual potensialın formalaşmasına həsr edən görkəmli alim Aida İmanquliyevanın zəngin elmi irsinin təbliği, onun Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərini gənc nəslə çatdırılması məqsədilə hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!