19 İyul 2026 09:13
921
CƏMİYYƏT
A- A+
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Bundan başqa, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək təhlükəlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!