28 Fevral 2025 12:44
1227
Elm və texnika
A- A+
Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin ən gənc qalibinin 22 yaşı var

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin ən gənc qalibinin 22 yaşı var


2019-2024-cü illərdə “Yüksəliş” müsabiqəsi çərçivəsində ümumilikdə 53 min 410 namizəd iştirak edib. Onlardan 96 nəfər qalib elan olunub. Müsabiqənin ən gənc qalibinin 22 yaşı var.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sonuncu – dördüncü “Yüksəliş” müsabiqəsində 15 min 877 nəfər qeydiyyatdan keçib və 25 nəfər qalib olub.

Fərhad Hacıyev bu müddət ərzində 25 imtahanın təşkil olunduğunu qeyd edib: “Ümumilikdə 1263 apellyasiya ərizəsi qəbul edilib. Bundan əlavə, 8 qiymətləndirmə konfransı keçirilib. Bu tədbirlər çərçivəsində 69 açar sual (keys) müzakirə edilib, 11 kompetensiya müəyyən olunub, 6 idarəçi rolu təsdiqlənib, 52 indikator işlənib hazırlanıb”. O, müsabiqədə 183 ekspertin iştirak etdiyini vurğulayıb: “Ümumilikdə 556 namizəd ekspert olmaq üçün müraciət edib. 4 mərhələli seçim prosesi aparılıb. Ekspertlər üçün 11 təlim keçirilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il 18 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb

22:01
29 Mart

Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

21:32
29 Mart

Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir

21:05
29 Mart

Ankarada su anbarlarının səviyyəsi azalır

20:47
29 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20:17
29 Mart

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb

18:44
29 Mart

Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir

18:43
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik

18:40
29 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:11
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik

18:01
29 Mart

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazdan

17:47
29 Mart

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

17:31
29 Mart

Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

17:23
29 Mart

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

17:00
29 Mart

BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb

16:34
29 Mart

“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib

16:25
29 Mart

Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

16:04
29 Mart

Kanak xalqının nümayəndəsi: Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar

15:57
29 Mart

Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...

15:42
29 Mart

Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar  

15:40
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!