30 Sentyabr 2025 08:00
4438
SİYASƏT
A- A+
Əzmin, sarsılmaz birliyin və zəfərin mücəssəməsi

Əzmin, sarsılmaz birliyin və zəfərin mücəssəməsi


Vətən müharibəsinin başladığı 27 sentyabr tarixində, Anım Günündə Prezident İlham Əliyevin qədim yurdumuz Gəncədə Ermənistanın terrorçuluğu nəticəsində hər iki valideyni şəhid olan Nilay adlı qızcığazla birlikdə əl-ələ, qürurla addımlaması həm də özündə güclü Azərbaycanı simvolizə edirdi. Həmin gün dövlətimizin başçısının Gəncə Memorial Kompleksinin açılışında məhz dəfələrlə xain düşmənin hücumu ilə üzləşən, sakinləri şəhid olan dahi Nizami yurdunun körpə övladı ilə birlikdə olması təsadüfi xarakter daşımırdı. Bununla müzəffər lider İlham Əliyev Azərbaycan xalqının əzmkar mübarizəsini, tükənməz inam və iradəsini, sarsılmaz birliyini və əbədi zəfərini dünyaya bir daha bəyan edirdi.  


Vətən əmin əllərdədir


 Prezident və Nilay Əliyevanın torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin uca ruhlarını andığımız həmin tarixdə bir andaca sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində yayılan və hər birimizi dərindən riqqətləndirən əl-ələ görüntüləri xalq-dövlət həmrəyliyinin rəmzi idi. Azərbaycanı tarixindəki ən qüdrətli çağına yetirən Prezident İlham Əliyevin Vətən müharibəsində "dəmir yumruğ"a çevrilərək düşməninin başını əzən əlləri indi Nilayın körpə əllərini nəvazişlə  tutaraq Azərbaycanın parlaq gələcəyinə işarə vurur, vətənimizin əmin və güvənli əllərdə olduğunu göstərirdi. 

Bir Prezident, ən başlıcası Azərbaycan xalqının vətənpərvər övladı kimi İlham Əliyev ötən iki onillikdən çox zaman ərzində daim xalqının təəssübünü çəkib, milli maraqlarımızın təmini uğrunda dünya gücləri ilə çarpışmaqdan belə yan durmayıb. O, çıxdığı haqq mübarizəsində çətinliklərdən, ağır sınaqlardan keçib, çox problemlərlə, ikili standartlarla qarşılaşıb. Amma qətiyyətli siyasəti, bir də xalqına olan tükənməz sevgisi ilə bütün keçməkeşlərdən əzmlə adlayıb. 

Prezident kimi and içdiyi ilk gündən Qarabağın azadlığını özünün vacib prioriteti sayan İlham Əliyev torpaqlarımızın işğal altında olduğu illər ərzində keçmiş məcburi köçkünlərin problemlərinin həll olunması istiqamətində mühüm tapşırıqlar verdi. Dövlət başçısı diqqəti, qayğısı ilə hər zaman bu insanların yanında olduğunu yaxından hiss etdirdi, təkcə bayramlarda, özəl günlərdə, hansısa tədbirlərdə deyil, adi günlərdə belə bu insanların problemləri ilə şəxsən maraqlandı, onların həll olunmasına çalışdı. Yurdlarından zorla didərgin salınan həmin vətəndaşlarımızla olan bütün görüşlərində Prezident İlham Əliyev onların bir gün mütləq öz yurdlarına qayıdacağını qətiyyətlə bildirdi. 

Elə bu qətiyyətdən doğan inam sayəsində də Qarabağ və Şərqi Zəngəzur düşməndən azad edildi. İndi Prezident İlham Əliyev keçmiş məcburi köçkünləri öz yurdlarında ziyarət edir, onların əziz qonağı olur. 

2020-ci il Vətən müharibəsinin 44 günü ərzində ön cəbhədəki əməliyyatlara Ali Baş Komandan kimi səriştə ilə rəhbərlik edən İlham Əliyev həm də informasiya savaşında apardığı misilsiz mübarizə ilə yaddaşlara həkk olundu. Xarici məkrli qüvvələrin bu platformadakı total hücumları ilə təkbaşına döyüşüb onları susdurdu.    

Düz 27 il ərzində beynəlxalq tribunalarda haqq işimizi müdafiə edən, Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinin nəzərinə çatdıran   Prezident İlham Əliyev Azərbaycanın adını BMT TŞ-nin qətnamələrini hərb meydanında özü yerinə yetirərək ədaləti bərpa edən ölkə kimi tarixə yazdırdı.     


Sevimli nəvə və qayğıkeş baba


İkinci Qarabağ savaşında ərazilərimizin işğaldan azad edilməsi uğrunda igidliklə döyüşən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Vətən müharibəsində, antiterror tədbirləri zamanı, ümumiyyətlə, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən Vətən övladlarının hər biri dərin ehtiramla yad edilir, xatirələri əziz tutulur, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Cəmiyyətimizdəki həssas təbəqədən olan ailələrə qayğı və dəstək göstərilməsi birbaşa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsi diqqətindədir. Mehriban xanım Əliyevanın daim şəhid ailələrini ziyarət etməsi, şəhid anaları, həyat yoldaşları, övladları ilə səmimi görüşləri, dialoqları bu insanlara böyük dayaq, dəstək kimi qiymətləndirilir. 

İkinci Qarabağ savaşında cəbhə xəttindən uzaqda yerləşməsinə baxmayaraq, Gəncə də bir sıra digər yaşayış məntəqələrimiz kimi böyük savaşın içindəydi. Bu şəhər düşmənin dəfələrlə hədəfinə çevrildi, onlarca sakini şəhid oldu, yaralandı. Ancaq tarixi yurdumuz Gəncə sınmadı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Qarabağda düşmənin külünü göyə sovurmasından güc alaraq mətanətlə dirənc göstərdi.  

Prezident İlham Əliyevin BMT-nin 80-ci sessiyasında Azərbaycan həqiqətlərini Zəfər çalmış lider olaraq dünyaya çatdırandan, "Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi" deyə bəyan edəndən sonra birbaşa Gəncəyə üz tutmasının da özünəməxsus mənası var idi. Qalib lider İlham Əliyev Anım Gününü məhz bu qəhrəman şəhərimizdə qeyd etmək, şəhidlərimizin ruhuna əbədi ehtiramını bildirmək üçün Gəncəyə yollandı. Bir də cəmi iki yaşındaykən ata-ana hənirinə ömürlük həsrət qalan Nilayın timsalında bütün şəhid övladlarımızın yanında olmaq, onlara tək, kimsəsiz olmadıqlarını hiss etdirmək üçün... 

Sentyabrın 27-si günü dövlətimizin başçısı İlham Əliyev təkcə Nilayın yox, xalqımızın hər bir üzvünün əlindən möhkəm-möhkəm tutdu, birgəliyimizdən doğan gücü nümayiş etdirdi. 

Elə bir gün sonra, sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi zamanı da biz bu qürurlu həmrəyliyi bir daha yaşadıq. Mərasimdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşdülər. Açılış mərasimini izləyən zaman Mehriban xanım Əliyevanın üşüməsin deyə həmin uşaqlardan birinin çiyinlərinə öz əlləri ilə şal salması ana qayğısının növbəti təzahürü oldu. 

Prezident İlham Əliyevlə Nilay Əliyevanın Gəncə Memorial Kompleksinin açılışı zamanı çəkilən və sevimli nəvə ilə qayğıkeş baba obrazını simvolizə edən əl-ələ, üzləri gülümsədən görüntüləri çox mətləblərdən xəbər verdi, çox həqiqətləri gözlər önünə gətirdi. Ən ümdəsi qəhrəman şəhidlərimizi andığımız həmin qüssəqarışıq qürur günündə xalq-dövlət birliyinin ismarışı verildi, xalqımızın hər bir üzvünün şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərdi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!