06 Noyabr 2024 09:10
346
CƏMİYYƏT
A- A+
Ərzurumda Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib  

Ərzurumda Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib  



Noyabrın 5-də Türkiyənin Ərzurum şəhərində Azərbaycanın 44 günlük Vətən Müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.


AZƏRTAC xəbər verir ki, Atatürk Universitetində keçirilən tədbirin iştirakçıları Qarabağ müharibələri şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.


Azərbaycanın tarixi qələbəsi mövzusunda sənədli film nümayiş etdirilib.


Universitetin rektoru, professor Ahmet Hacımüftüoğlu bildirib ki, Şuşa şəhərinin işğaldan azad olunma tarixi təkcə Azərbaycan deyil, Türkiyə üçün də əlamətdardır. Atatürk Universiteti iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə mümkün töhfə verməyə hazırdır.


“Bu gün universitetimizdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil alır, gələcəkdə isə söhbət minlərlə insan haqqında gedə bilər. Biz Azərbaycan tərəfi ilə distant formatda ilkin təlimin təşkili məsələsini müzakirə etməyə hazırıq”, - deyə Hacımüftüoğlu bildirib.


Rektor Türkiyə və Azərbaycan liderlərinin iki qardaş ölkə arasında əlaqələrin dərinləşməsinə verdiyi töhfələrə diqqət yönəldib. “Ankara və Bakının qardaşlığı bütün dünya üçün güclü mesajdır. Biz belə əlamətdar bayram tədbirinin təşkilindən qürur duyuruq”, - deyə o, qeyd edib.


Daha sonra çıxış edən Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev ölkəmizin formalaşma mərhələləri və üzləşdiyi çətinliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin kursunun uğurlarından, doğma torpaqlarını 30 illik erməni işğalından azad edən Azərbaycan Ordusunun şücaətindən danışıb.


Diplomat vurğulayıb ki, ermənilərdən fərqli olaraq azərbaycanlılar heç vaxt dinc əhaliyə qarşı cinayət törətməyiblər, dinc əhaliyə qarşı humanist rəftar ediblər. Baş konsul nümunə kimi ermənilərin Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk etməsini göstərib. Bu zaman Ermənistana gedən yolda bir nəfər də olsun etnik erməni xəsarət almayıb, fakt beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb.


Nuru Quliyev Azərbaycanın bütün torpaqlarının erməni işğalından azad edilməsindən böyük qürur duyduğunu bildirib.


Baş konsul Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın şərq rayonları arasında rabitənin bərpası məsələsinə də toxunub. “Bununla da, Azərbaycan və Türkiyə arasında yeni marşrut açılacaq və bu, ölkələrimizin daha da güclənməsinə töhfə verəcək”, - deyə diplomat bildirib.


Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinin bütün Türk dünyası üçün dönüş nöqtəsi olduğunu vurğulayan diplomat əlavə edib ki, bu hadisə Türk dövlətlərinin birliyini, həmrəyliyini və birgə addımlar atmaq əzmini nümayiş etdirib, Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!