27 Sentyabr 2024 09:10
498
SİYASƏT
A- A+
Ermənistanda məyusluq hökm sürür

Ermənistanda məyusluq hökm sürür


Müharibənin ildönümü bu ölkədə  depressiya, çaşqınlıq və ümidsizlik şəraitində keçən matəm günü kimi xatırlanır


Vətən müharibəsinin başlamasının 4-cü ildönümü Azərbaycanda xüsusi qeyd edilməkdədir. Çünki işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda 44 gün davam edən savaş respublikamızın qeyd-şərtsiz qələbəsi ilə başa çatdı.  Bu müharibədə qazandığımız qələbə, ədalətin zəfər çalması ermənilər üçün unudulmaz dərs oldu. 

Azərbaycan üçün 44 günlük müharibə qürur mənbəyi olduğu halda, Ermənistanda əsl məyusluq hökm sürür.  Bu ölkədə müharibənin başlanmasının ildönümü depressiya, çaşqınlıq, ümidsizlik şəraitində keçən matəm günü kimi xatırlanmaqdadır. 

Məsələn, erməni politoloq Karen Vardanyan olduqca pessimistdir. O qeyd edir ki, Azərbaycan hər zaman istəyinə nail olmaq gücündədir: "Azərbaycanlılar  öz proqramlarını həyata keçiriblər. Yəni Qarabağı azad ediblər. İndi isə onların qarşısında daha böyük proqramı həyata keçirmək durur".

O bildirib ki, indi Azərbaycanın qarşısında dayanan vəzifə Zəngəzuru, Basarkeçəri, İrəvanı, Qarakilsəni və digər əraziləri azad etməkdir: "Hazırda Azərbaycanda növbəti nəsli buna hazırlayırlar. Çünki bilirlər ki, xoşluqla heç kim bu əraziləri onlara qaytarmayacaq. Əgər onlar Qarabağı azad ediblərsə, onda niyə sadaladığım torpaqları da geri qaytarmasınlar".

Erməni siyasi şərhçi Levon Naumyan deyib ki, Ermənistan öz məğlubiyyətinin başlanmasının ildönümünü tamam başqa halda qarşılayır: "Dörd il ötməsinə baxmayaraq, Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra hələ özünə gələ bilməyib. Onun özünə gəlməsi mümkün də deyil. Respublika yeni reallıqla barışmalı olacaq. Lakin təəssüf ki, Ermənistan beynəlxalq cəhdlərini davam etdirir, ənənəyə görə güclü olduğu sahələrdə, yəni intriqalar və beynəlxalq təzyiq sahələrində qarşıdurmanı davam etdirməyə çalışır. Ermənistan öz yaralarını yalayır və heç kəs ondan hər hansı qətiyyətli hərəkət və igidlik gözləmir".

 "4rd.am" nəşrinin "youtube" platformasında yayımlanan reportajda erməni xalqının ağır günlər yaşadığı qeyd olunub. "Ermənistanda İkinci Qarabağ müharibəsinin dördilliyi ilə bağlı nə düşünürlər?" reportajında ermənilər çox ağır məğlubiyyətin yaşandığını, bunun ölkə üçün dəhşətli olduğunu ifadə ediblər. Onlar bunu xüsusi bildirirlər ki, 44 günlük müharibə Ermənistanın rüsvayçılığıdır.

Digər erməni isə məğlubiyyəti ümumi faciə adlandırıb: "Qarabağın itirilməsi bizi çox ağır sınaqlara düçar etdi. Azərbaycan necə deyirdi, elə də etdi. Bizimkilər rusları düşünürdü, Rusiya isə bunu etmədi, öz müttəfiqinin hayına yetmədi. Çox zaman keçməlidir, ancaq zaman da bu ağrını sağalda bilməz". 

Ümumiyyətlə, reallıq ondan ibarətdir ki, müharibədəki məğlubiyyət ermənilərə böyük dərd olub. Aydın görünür ki, Ermənistan və onun xalqı işğal siyasətinin faciəsini yaşayır. Güclü Azərbaycan dövləti qarşısında Ermənistanın müharibə və postmüharibə dövründəki məğlubiyyəti hayları dərin fəlakətə sürükləyib. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

Afrikada bütöv bir ölkə işıqsız qalıb

18:44
19 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Xankəndi şəhərinə gəlib

18:20
19 Oktyabr

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!