20 Mart 2025 08:45
811
SİYASƏT
A- A+
Ermənistan sülhlə yox, odla oynayır

Ermənistan sülhlə yox, odla oynayır


Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin Ermənistanın işğalından azad edilməsi hər bir azərbaycanlının ən böyük arzusu idi. Ona görə də Azərbaycan Ordusunun işğalçı ölkənin silahlı qüvvələrini məğlubiyyətə uğradaraq qalib gəlməsi xəbəri sonsuz sevincə, əbədi qürura çevrildi. 

Ancaq uzun illər səbirlə, nisgillə gözlədiyi, həsrətini çəkdiyi həmin torpaqlara ayaq basan hər bir azərbaycanlı heyrətləndi, kədərə boğuldu... Əlbəttə, hər kəs bilirdi ki, işğalçılar Qarabağı, Şərqi Zəngəzuru viran qoyublar. Lakin erməni vandallarının işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərin bu dərəcədə olmasını kimsə təsəvvür edə bilməzdi. Qəsbkarlar Qarabağın və Şərqi Zəngəzurun abad yurdlarını tamamilə xarabalığa çevirmişdilər. Müasir və qədim tikililəri uçurub dağıtmış, yerlə bir etmişdilər. Təbii sərvətlərimizi talamış, daşıyıb aparmışdılar. Təbiətə də qıymışdılar. Meşələrimizi qırmış, çaylarımızı zəhərləmişdilər. İşğaldan azad edilmiş ərazilərimizdə qarşılaşdığımız mənzərələr yalnız bizi təəccübləndirib qüssələndirmədi. Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici qonaqlar, səyyahlar da gördüklərindən sarsıldılar. İşğalçılar əmin idilər ki, bu ərazilərin əsl sahibləri bir gün mütləq qayıdıb Qarabağı və Zərqi Zəngəzuru azadlığına qovuşduracaqlar. Odur ki, Ermənistan həmin yerlərdə tikinti-quruculuq işləri ilə yox, səngərlər, hərbi istehkamlar qurmaqla məşğul olurdu.

O zaman da Azərbaycanın məramı sülh idi. Ölkəmiz münaqişəni sülh yolu ilə həll etmək istəyir, uzun illər buna səy göstərirdi. Ermənistan hökuməti isə təxribatlarından, terror əməllərindən əl çəkmirdi. Vətən müharibəsi də bu səbəbdən başladı. Və Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın qurduğu hərbi istehkamları 44 günə darmadağın etdi. Ermənistanın məğlubedilməz ordu mifi sabun köpüyü kimi yoxa çıxdı. Ermənistan da, onun himayədarları da Azərbaycan Ordusunun peşəkarlığını, hərbi gücünü, rəşadətini, cəsurluğunu gördü.

Ermənistanın 1990-cı illərdə Qarabağda və Şərqi Zəngəzurda törətdiyi qətliamları, soyqırımlarını unutmaq mümkün deyil. Minlərlə soydaşımız işğalçı ermənilər tərəfindən işgəncələrə məruz qalmışlar. Kimisi şəhid, kimisi də əlil olmuşdu. Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söylədiyi kimi, biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Bununla belə dövlətimizin başçısı onu da vurğuladı ki, eyni zamanda biz gələcəyə nəzər salmalıyıq.

Bəli, bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olmasına çalışır. Sözügedən tədbirdə Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı: "Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən, razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıb".

Azərbaycanın mövqeyi hər zaman olduğu kimi, yenə də aydın və qətiyyətlidir. Ermənistan rəhbərliyi isə yenə də ikibaşlı oyun oynayır. Sözdə özünü sülh tərəfdarı kimi göstərsə də, əməlləri bunun əksini göstərir. Sülhdən dəm vuran Ermənistan Hindistandan, Fransadan, başqa ölkələrdən silah-sursat alır. Ancaq nə etsə də, Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş, hərbçilərinin çoxu döyüş meydanlarından qaçmış ordusunu yenidən ayağa qaldıracağı olduqca gülünc görünür. Rəsmi İrəvan bu həqiqətlə barışmalıdır ki, bütün sahələrdə olduğu kimi, hərb sahəsində də Azərbaycanla ayaqlaşması mümkün deyil. Bir həqiqət də var və onu Azərbaycan Ordusu Vətən müharibəsində, antiterror əməliyyatlarında dünyaya nümayiş etdirdi. Azərbaycanın əsgər və zabitləri Vətəni işğalçılardan yalnız sahib olduqları müasir silahlarla, hərbi texnika ilə deyil, cəsur ürəkləri, yurda tükənməz sevgiləri ilə azad etmişlər. Ermənistan rəhbərliyi bundan da dərs çıxarmalıdır ki, xalqının həyatını növbəti dəfə fəlakətə çevirməsin.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə  

00:53
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:52
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

00:52
16 Yanvar

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:50
16 Yanvar

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:49
16 Yanvar

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:48
16 Yanvar

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

18:05
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!