04 Mart 2026 08:50
147
CƏMİYYƏT
A- A+
Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb


Yurdumuza bahar gəlir. Qış yuxusundan oyanan ana torpaq canlanır. Havadan bənövşə ətri duyulur. Baharın hər gəlişi möhtəşəm olur, bayram ovqatı doğurur. Amma bu yaz bir başqa yazdı. Bu yaz daha da xoşdu. Özəlliyi,  türfə əlamətləri ilə çox fərqlidir. 

Ana təbiət sevimli qızı baharı hər il əziz bayram kimi qarşılayır. Sanki çölə, çəmənə zümrüd xalı sərilir, bağ-bağçalarda ağaclar çiçək açıb al-əlvan rənglərə bürünür, nəğməkar quşların cəh-cəhi ilıq yaz mehinin qanadlarında ətrafa yayılıb, ecazkar bir harmoniya yaradır. Pişvazına toy-bayramla çıxdığımız bu gələn yazın fərqli əks-sədası 30 il isti ocağına, doğma yurduna, isti ev-eşiyinə həsrət qalan soydaşlarımızın gerçəkləşən arzularında daha parlaq və həm də kövrək notlarla  duyulur. 30 il Novruz tonqalları ətrafında edilən dualar, səslənən  diləklər sonunda gerçəkləşdi. 

Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə ordumuz Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Düşmənlərin odlara qalayıb, xarabaya çevirdikləri şəhərlərimizin, kəndlərimizin sinəsini düşmən gülləsinə sipər edib şəhid olan qəhrəman oğullarımızın qisası layiqincə alındı. Qarabağ, Şərqi Zəngəzur əbədi azadlığına qovuşdu. Üstümüzə günəş doğdu. Xalq-Prezident-ordu vəhdəti şanlı zəfərimizin əsas mayası oldu. Eyni anda "Qarabağ Azərbaycandır!" hayqıran milyonların  nifrətlə düyünlənmiş dəmir yumruqları düşmənlərimizin başına endi.

Xilaskar adını Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazan Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində son beş ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti bərpa və quruculuq işləri gerçək bir möcüzə effekti doğurur. Dağların  qoynunda, çətin relyef şəraitində inşa edilən beynəlxalq statuslu aeroportlar Murov dağını dəlib keçən, uzunluğu 11 kilometrdən çox olan, Avropada ikinci sayılan tunel, Ağdama çəkilən yeni dəmir yolu xətti (indi Ağdama sürət qatarı işləyir), müharibənin xarabalıqları üzərində yüksək zövqlə, müasir üslubda inşa edilən kəndlər, şəhərlər uğurla həyata keçirilən möhtəşəm infrastuktur layihələri, yeni qurulan fabriklər, zavodlar, bu hesaba açılan çoxsaylı yeni iş yerləri Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın inamlı və uğurlu addımları olaraq qürur doğurur. 

Dağlar gözəlinə çevrilən Laçının bugünkü gözəlliyi göz qamaşdırır. Şuşanın hüsnünə tamaşa etmək üçün müxtəlif bölgələrdən hər gün dəstə-dəstə adamlar gəlir. Məhəllə-məhəllə böyüyən Ağdamın tezliklə ölkənin iri sənaye  şəhərinə çevriləcəyini indi hamı reallıq kimi qəbul edir. Kəlbəcərdə, Ağdərədə, Füzulidə, Cəbrayılda, Xocalıda, Xocavənddə, Qubadlıda əsl övlad məhəbbətilə görülən işlər könül açır, ürək sevindirir....

Yurdumuza bahar gəlir. Səmənilər göyərdilir, bayram xonçaları tutulur. Qohum-qonşu, dost-tanış xoş təbəssümlə, şirin sözlərlə bayramlaşır, bir-birilərinə ən ülvi arzularını çatdırırlar. Otuzillik həsrətin sinəsinə dağ basıb doğma yurduna dönən əzizlərim, builki Novruz tonqallarını daha gur qalayın, qoy bu ocağın göylərə ucalan alovları hər yerdən görünsün. İllərin ağrı-acısını, qəmini-nisgilini bu müqəddəs ocağın qoynuna töküb yandırın. Durulun, təmizlənin, aydınlaşın, könlünüzü xoş duyğulara verin. Kindən, qəzəbdən, həsəddən uzaq bir dünya qurun. Bir nəğmədə deyildiyi kimi, ovuc içi qədər xoşbəxtlik yetər...


Lazım QULİYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!