04 Oktyabr 2024 17:31
3943
Səhiyyə
A- A+
Ən sürətlə yayılan xəstəlik süd vəzi xərçəngidir 

Ən sürətlə yayılan xəstəlik süd vəzi xərçəngidir 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Süd Vəzi Xərçəngi Təşəbbüsü (GBCI) 2040-cı ilədək dünyada 2,5 milyon qadının həyatını xilas edə bilər.

"Azərbaycan" qəzeti təşkilatın saytına istinadla xəbər verir ki, bu çərçivədə oktyabrın 31-dək süd vəzi xərçəngi üzrə məlumatlandırma aylığı keçirilir.

Məlumatda bildirilir ki, süd vəzi xərçəngi hər il təxminən 2,3 milyon insanda qeydə alınır və hazırda dünyada ən çox yayılmış onkoloji xəstəlikdir. Bu, hər iki cinsdən olan hər səkkiz xərçəng hadisəsindən birini və qadınlarda bütün xərçəng növlərinin dörddəbirini təşkil edir, eyni zamanda, xəstələrin 70 faizində ölümlə nəticələnir. Səhiyyə sistemində mövcud problemlərlə yanaşı, məlumatlılıq və bilik səviyyəsi aşağı olan xəstələrin sayının artması erkən diaqnostika xidmətlərinin aşağı səviyyədə olmasına səbəb olur və nəticədə gec mərhələdə qoyulan diaqnozlar çox vaxt sağalma ehtimalını sıfıra endirir. Bundan başqa, resurs çatışmazlığı süd vəzi xərçənginə tutulan nisbətən gənc əhaliyə mənfi təsir edir və bu, vaxtından əvvəl ölüm hallarını artırır.


Məlumatda diqqətə çatdırılıb: “ÜST 2040-cı ilə qədər bu xəstəliyə tutulan qadınlar arasında ölüm nisbətini ildə 2,5 faiz azaltmaq üçün 2021-ci ildə Qlobal Süd Vəzi Xərçəngi Təşəbbüsünü irəli sürüb. Süd vəzi xərçəngi haqqında maarifləndirmə ayı (BCAM) hər ilin oktyabrında süd vəzi xərçəngi haqqında məlumatlılığı artırmaq məqsədilə qlobal səviyyədə qeyd olunur. Bu ilin oktyabrında biz erkən aşkarlamanın, vaxtında diaqnoz qoyulmasının, hərtərəfli müalicənin və xəstə naviqasiyası da daxil olmaqla, həyat təcrübəsi olan insanlara dəstək göstərilməsinin vacibliyini vurğulayacağıq. Bu fəaliyyət, həmçinin bütün maraqlı tərəflərə irəliləyişi nəzərdən keçirmək, xəstəliklə mübarizədə öhdəlikləri yerinə yetirmək və onları yeniləmək, süd vəzi xərçəngi xidmətinə çıxışda mövcud bərabərsizlikləri və problemləri həll etmək üçün səyləri artırmaq imkanı verir.


Səbuhi Bayramov,


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!