22 Noyabr 2024 15:23
135
CƏMİYYƏT
A- A+
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var?

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var?

Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, dəyişikliklərə əsasən, əmək miqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq olunacaq. İşəgötürənlər növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbata dair proqnoz-məlumatı Dövlət Miqrasiya Xidmətinə hər il mayın 1-dək deyil, avqustun 1-dək təqdim edəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Neft Şirkəti tərəfindən aidiyyəti məlumatlar müvafiq qurumların nümayəndələrindən ibarət Komissiyaya hər il avqustun 1-dək deyil, sentyabrın 1-dək təqdim olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə hər il avqustun 15-nə qədər deyil, oktyabrın 15-nə qədər təqdim edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyaya təqdim etməli olduğu məlumatlara nazirliyin elektron sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər də daxil ediləcək.

Elm və Təhsil Nazirliyi növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində təhsilləri başa çatacaq vətəndaşların sayı barədə də məlumatı Komissiyaya təqdim edəcək.

Cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən məlumatda iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı da göstəriləcək.

Növbəti il üçün kvota ilə bağlı təkliflər Komissiya tərəfindən Nazirlər Kabinetinə hər il sentyabrın 15-dək deyil, noyabrın 10-dək təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib  

23:05
22 Noyabr

“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub  

23:03
22 Noyabr

Qubada lll İdman Festivalının təntənəli açılış mərasimi olub YENİLƏNİB 

23:01
22 Noyabr

Xankəndi şəhərində ilk solo konsert keçirilib

22:59
22 Noyabr

Eduardo Reyes: Ümid edirəm ki, biz COP29-da meşələr üzrə mühüm razılıq əldə edəcəyik VİDEO  

22:57
22 Noyabr

COP29-un pakistanlı iştirakçısı: İqlim dəyişikliyinə görə hava şəraitinin ekstremal dəyişməsi müşahidə olunur  

22:56
22 Noyabr

Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb  

22:55
22 Noyabr

Çində keçirilən Dünya İnternet Konfransında Azərbaycanın yaşıl inkişafından danışılıb  

22:49
22 Noyabr

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

22:40
22 Noyabr

COP29-un nigeriyalı ekofəalı: Gənclər iqlim prosesində qərarların verilməsində iştirak etməlidirlər VİDEO

22:03
22 Noyabr

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək  

21:41
22 Noyabr

Keniyalı mütəxəssis: COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verir  

21:36
22 Noyabr

Steysi Çesok: Azərbaycan COP29 konfransının təşkilində yüksəksəviyyəli yanaşma nümayiş etdirir

21:12
22 Noyabr

Novelli Ottavio: COP29 əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq üçün yaxşı platformadır  

20:51
22 Noyabr

Koreyalı nümayəndə: COP29-dan gözləntilərim, demək olar ki, özünü doğruldub

20:21
22 Noyabr

“Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkətinin təmsilçisi: COP29-da təşkilatçılıq yüksək səviyyədədir  

20:17
22 Noyabr

“Hitaçi” şirkətinin nümayəndəsi: COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir

20:11
22 Noyabr

Avstriyada bir fəhlə 30 kq qızıl sikkə tapıb  

20:09
22 Noyabr

Rusların ev almağa maraq göstərdiyi beş ölkənin adı açıqlanıb  

19:40
22 Noyabr

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

19:33
22 Noyabr

ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib

19:29
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!