10 Avqust 2025 08:12
601
SİYASƏT
A- A+
Ədalətin təntənəsi

Ədalətin təntənəsi


Son illər dövlətimiz üçün mühüm hadisələrə şahidlik edirik. Bütün bunlar  uğurlu səhifələrə çevrilərək tariximizə yazılır. Beş il ərzində nələr baş vermədi?! 2020-ci ilin bu günlərində Azərbaycanın 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş iyirmi faiz ərazisinə hələ də həsrətlə, nisgillə boylanırdıq. Otuz ilə yaxın vaxt keçirdi. Azərbaycanın öz torpaqlarını azad etməyini istəməyənlərə elə gəlirdi ki, zaman dövlətimizin, xalqımızın əleyhinə işləyir. Yəni onlar sülh danışıqları adı ilə, əslində, Qarabağın, Şərqi Zəngəzurun işğalı müddətini uzatmaq niyyətindəydilər. 

Sanırdılar ki, Azərbaycan dövlətini, xalqını oyuna çəkəcəklər. Azərbaycandan əzəli və  beynəlxalq səviyyədə tanınmış əraziləri olan Qarabağı və Şərqi Zəngəzuru bu yolla qoparacaqlar. Həmin illərdə dövlətimizin başçısı İlham Əliyev yüksək kürsülərdən bütün dünyaya bəyan edirdi ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək.

Ermənistanın və ona havadarlıq edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların düyünə saldıqları Qarabağ problemini Azərbaycan dövləti beynəlxalq hüquq və ədalət çərçivəsində həll etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən başlayan İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi haqqın, ədalətin qələbəsi oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.

Azərbaycan bütün dünyada sülhsevər dövlət kimi tanınır. Ermənistanla sülh sazişinin imzalanmasının təşəbbüskarı da dövlətimizin başçısı oldu. Azərbaycan hökuməti bu istiqamətdə ardıcıl siyasət həyata keçirir.  Öz mövqeyinə hər zaman sadiq qalan Azərbaycan bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə sülhün əldə olunmasının, həmçinin regionumuzda yeni quruculuq dövrünün başlanmasının zamanı olduğunu qətiyyətlə bildirirdi.

Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı avqustun 8-də Vaşinqtonda olduqca əhəmiyyətli və tarixi görüş keçirildi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mühüm sənədlər imzaladılar.

ABŞ, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşü tarixi hadisəyə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edən ABŞ Prezidenti qeyd edib ki, bir çox vasitəçi Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdı və hamısı uğursuz oldu: "Nəhayət, bu gün bu, bitəcək".

Dövlətimizin başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşaya biləcəklər. "Prezident Tramp Cənubi Qafqaza sülh gətirdi və buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan barışmaq üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlar da barışacaqlar. Biz qarşıdurma, konfrantasiya və qan tökülməsi olan səhifəni çevirib uşaqlarımıza parlaq və təhlükəsiz gələcəyi təmin edəcəyik. Ona görə də bu gün çox xoşbəxtəm, çünki biz böyük bir tarix yazırıq".

Prezident İlham Əliyev Azərbaycan xalqının bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacağını qeyd edib: "Prezident Tramp və onun komandası, yaxın dostumuz cənab Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də tükənməyən danışıqlar prosesində ilişib qalacaqdılar. Bu gün biz Qafqazda təkcə regionumuz üçün deyil, həm də Prezident Trampın haqlı olaraq qeyd etdiyi kimi, beynəlxalq sülhə və rifaha aparan "Tramp marşrutu" üçün böyük imkanlar açacaq, divarları yıxacaq, bir çox ölkələri birləşdirməyə imkanlar yaradacaq, investisiya, rifah və sabitliyi təmin edəcək sülhü bərqərar edirik".

Ermənistanın Baş naziri Nikol Paşinyan da tarixi anlar yaşandığını vurğulayıb: "Həqiqətən də tarixi bir gündür və bu, bizim ölkələrimiz və regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq, çünki bu, sülh içində yaşayan bir region və daha ədalətli bir dünya deməkdir". Nikol Paşinyan qeyd etdi ki, Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. Ermənistanın Baş naziri bəyannamələrin imzalanmasının Cənubi Qafqazda sülh, təhlükəsizlik, firavanlıq və iqtisadi əməkdaşlıq səhifəsi açıldığına inam və təminat verdiyini deyib.

Bu tarixi görüş ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə də əlamətdar olub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) İlham Əliyevin avqustun 7-8-də Amerika Birləşmiş Ştatlarına tarixi səfərinin nəticələrinə dair yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır. 

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin ABŞ-a səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələrlə əlamətdar olub: "Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir".

Azərbaycanın 2020-ci ildən bəri davamlı olaraq gündəlikdə saxladığı, sülh və normallaşma prosesi üçün ən ciddi maneələrdən birinin aradan qaldırılması istiqamətində də vacib addım atılıb. Belə ki, Birgə Bəyannamədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlanıb.

Sənəddə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Həmin müddəada  regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu bildirilib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!