13 Avqust 2026 19:30
1535
SİYASƏT
A- A+
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “Kommersant”, “İnterfaks”, “Вестник Кавказа” və “NEWS.ru” media orqanları dövlətimizin başçısının müsahibəsindən əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar.

“Kommersant” Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi “yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq” fikirlərini oxucularının diqqətə çatdırıb.

“İnterfaks” isə enerji ixracının genişləndirilməsi, elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazilərindən Avropaya çatdırılması, “Black Sea Energy” layihəsi, eləcə də Naxçıvanda Günəş elektrik stansiyalarının gücünün artırılması ilə bağlı məlumatlara geniş yer ayırıb. Agentlik xəbərində, həmçinin Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı açıqlamalarına da yer verib.

Agentlik Zəngəzur dəhlizi üzrə praktiki işlərin başlanması, Horadiz-Ağbənd avtomobil yolunun hazırkı vəziyyəti, dəmir yolunun 2027-ci ildə Ermənistan sərhədinə çatdırılmasının planlaşdırılması və marşrutun illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı barədə məlumatları oxucularına çatdırıb. Qeyd edilib ki, Naxçıvan dəmir yolunun yenidən qurulması və ümumi uzunluğunun 194,2 kilometrə çatdırılması, həmçinin 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.

“Вестник Кавказа” Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi, eləcə də Zəngəzur dəhlizinin nəqliyyat imkanları ilə bağlı fikirləri xüsusi qeyd edib.

“NEWS.ru” portalı isə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə elektrik verilişi xətlərinin çəkilməsi layihəsinin hazır olması barədə Prezident İlham Əliyevin açıqlamasını yayıb.

Gürcüstanın “Interpressnews.ge”, “1TV.ge” və “BPN.ge” xəbər portalları da Prezident İlham Əliyevin fikirlərinə geniş yer verib.

“1TV.ge” saytı dövlətimizin başçısının Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın Ermənistan üçün əhəmiyyəti ilə bağlı açıqlamalarını oxucularına çatdırıb. Eyni zamanda, sənədin Ermənistan üçün kapitulyasiya aktı kimi qiymətləndirilməsi barədə fikirlərə də diqqət ayrılıb.

“Interpressnews.ge” portalının xəbərində qeyd edilib ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyətindir. Bu istiqamətdə əsas marşrut Gürcüstan və Türkiyə ərazilərindən keçəcək. Eləcə də Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanıb. Sayt, həmçinin Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının bütün region üçün təhlükə mənbəyi olduğu, onun gec-tez fəaliyyətinin dayandırılmasının zəruriliyi və TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisində elektrikötürücü infrastrukturun yaradılması ilə bağlı fikirlərini ayrıca yayımlayıb.

“BPN.ge” isə yaydığı informasiyada Azərbaycanın Avropa enerji bazarına çıxmaq planını, bu məqsədlə Gürcüstan və Türkiyə üzərindən keçəcək marşrutun əhəmiyyətini ön plana çıxarıb. Portal dövlətimizin başçısının bu marşrutun hazırda yeganə çıxış yolu olması barədə fikrini sitat olaraq gətirib: “Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”.

“Ambebi.ge” saytı da öz oxucularına Prezident İlham Əliyevin Ermənistanın atom elektrik stansiyasının köhnəlməsi və regiona təhlükə yaratması, stansiya bağlandıqdan sonra yaranacaq enerji böhranı ilə bağlı fikirlərini təqdim edib.

Türkiyə mediası da Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mühüm məqamları geniş işıqlandırıb.

“Anadolu Agentliyi”, “Haberler.com”, “Doğruhaber” və “Yeni Akit” kimi portallar xəbərlərində Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin icrasına başlanılması, dəhlizin illik ən azı 15 milyon ton yükdaşıma potensialı və onun nəqliyyatla yanaşı, fiber-optik, elektrik, gələcəkdə isə neft və qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı fikirlərinə geniş yer ayırıb.

“Yozgat”, “Türkgün”, “YeniBirlik”, “SonDakika.com” və “Saraymedya” Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olmasına, Cəbrayılda böyük yarımstansiyanın inşasına və Zəngəzur dəhlizinin enerji komponentinə diqqət yetirib.

“Ankara NetHaber” enerji dəhlizinin Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyə və Avropaya uzanacağını, rəsmi İrəvan üçün alternativ enerji mənbəyi yarada biləcəyini vurğulayıb.

“Yeni Akit” qəzeti Ermənistanın atom elektrik stansiyasının yaratdığı təhlükəyə, “Fikirturu.com” portalı isə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında “C5+1” formatında nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın əhəmiyyətinə dair fikirləri oxucularına çatdırıb.

“TRHaber” ABŞ, Azərbaycan və Ermənistanın Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanatını işıqlandıraraq, sənəddə ötən il keçirilən görüşdən sonra əldə olunan irəliləyişlərə diqqət çəkildiyini, uzun illər davam edən münaqişəyə son qoyan təməlin möhkəmləndirilməsi və Cənubi Qafqazın daha firavan gələcəyə yönəldilməsi istiqamətində qətiyyətin ifadə olunduğunu qeyd edib.

Şimali Kiprin “Kıbrıs Türk” informasiya portalı isə Prezident İlham Əliyevin Naxçıvana Ermənistan ərazisindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olması, Zəngəzur dəhlizinin yalnız nəqliyyat deyil, həm də enerji, fiber-optik və gələcəkdə neft-qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı açıqlamalarına yer verib. Portal, həmçinin yaradılacaq enerji dəhlizinin Naxçıvandan Türkiyəyə və Avropaya uzanacağını, Azərbaycanın elektrik enerjisi ilə Avropa bazarına çıxmaq planı ilə bağlı fikirləri təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!