03 Noyabr 2024 08:35
491
İQTİSADİYYAT
A- A+
Dünya dəniz nefti erasının başlandığı məkan

Dünya dəniz nefti erasının başlandığı məkan


Neft Daşları 75 yaşını qeyd etməyə hazırlaşır


Əfsanəvi dəniz şəhəri 75 yaşını qeyd etməyə hazırlaşır. Söhbət Neft Daşlarından gedir. Həmin Neft Daşlarından ki, dünyanın dəniz nefti erası oradan başlanıb. 

Neft Daşlarını bəzən mədən-şəhər adlandırırlar. Əslində, bu, bənzəri olmayan bir mədəndir. Burada hasilatın əldə olunması üçün neftçilər estakadalardan dənizin  dərin qatlarına nüfuz edirlər. 

...Estakadalar sağdan-soldan bir-birinə calanaraq açıq dənizdə müxtəlif istiqamətlərə doğru şaxələnib. Uzaqdan baxanda onlar yollara bənzəyir. Amma bunlar adi yollar deyil. Sularla əhatə olunduqları üçün hər iki yandan polad məhəccərlərlə örtülüb.

Estakadalar boyunca rəngbərəng borular uzanır. Bu yaşıl, mavi, qırmızı, sarı, ağ boruların təyinatları da müxtəlifdir. Biri neft, digəri qaz, üçüncüsü lay suları daşıyır. Başqa biri ehtiyat xətdir. Onlara estakadaüstü kəmərlər də deyirlər. Bir sözlə, bütün bunların hamısını neftçilər özləri daha yaxşı bilirlər.

Neft Daşları eləcə də heç bir şəhərə oxşamayan şəhərdir. "Möcüzələr adası" adını almış bu məkan polad dirəklər üstündə qərar tutan əfsanəvi dəniz şəhəri kimi 75 ildir Yer üzünü heyrətə gətirir. Onun zəngin tarixindən bir neçə səhifəni vərəqləyək: neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərinə çıxan qara daşlar yaxınlığında müşahidə olunduğundan buranı ilk vaxtlar "Qara daşlar" adlandırıblar. Böyük neft təşkilatçısı Sabit Orucovun, təcrübəli qazma mühəndisi Yusif Səfərovun və kəşfiyyatçı geoloq Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarında istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırılıb. Bundan sonra ərazini "Yeddi gəmi adası" adlandırmağa başlayıblar. Bu qeyri-adi ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib.

1948-ci ilin sonunda ilk quyunun qazılacağı yer təyin edilir. 1949-cu ilin əvvəlində Neft Daşlarına Bakı vaqon təmiri zavodunun hazırladığı ilk ev gətirilir. Həmin ilin aprel ayında buruğun, daha sonra qazma avadanlığının quraşdırılmasına başlanır və bu iş tezliklə sona çatdırılır. Kəşfiyyat Qazma İdarəsi rəhbərinin əmri ilə Mixail Kaveroçkin ilk qazma briqadasının ustası təyin edilir. İyunun 24-də isə birinci kəşfiyyat quyusunun qazılmasına başlanır.

Quyudan götürülən nümunələr debiti 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasını xəbər verir. Beləliklə, 1949-cu il noyabrın 7-də Xəzərin açıq qoynunda ilk neft quyusu fontan vurur. Ertəsi gün "YAK-6" kateri ilə buraya SSRİ-nin və Azərbaycanın bir qrup rəhbər işçisi, alim və mütəxəssisi gələrək neftçilərin sevincinə şərik olur.

75 il əvvəlin təqvimindəki 7 noyabr günü sonralar Neft Daşları adını almış mədən-şəhərin "doğum günü" olmaqla bərabər, həm də tarixə dünyada dəniz nefti erasının başlandığı gün kimi düşüb.

75 ildir Neft Daşları  işləyir, çalışır, dəli-dolu Xəzərin qoynunda fədakarlıq göstərir. Neft verir, qaz verir, Azərbaycanın sərvətini və şöhrətini artırır.

Deyirlər, Neft Daşları nə vaxtsa muzeyə çevriləcək. Ancaq bu barədə danışmaq hələ çox tezdir. Çünki son illər burada onlarla stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, ümumi uzunluğu 100 metrlərlə ölçülən estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.

...Bu bənzərsiz məkana hər gün yenə də vertolyotlar enir, gəmilər yan alır. Buradakı bütün qurğu və tikililər kimi onlar da müasirləşib. Yaşının üstünə yaş gələn dəniz şəhərində neftçi nəsilləri dəyişsə də, onun qəhrəmanlıq salnaməsi davam edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!