17 Iyul 2024 12:00
116
İDMAN
A- A+

Dünya Alpaqut Federasiyasında yeni təyinatlar olub

 

 

İyulun 16-da Dünya Alpaqut Federasiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda federasiyanın prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova, birinci vitse-prezidenti, Milli Məclisin deputatı Könül Nurullayeva, vitse-prezident Emil Rəhimov, İdarə Heyətinin sədri Vasif Namazov, üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Nəzarət Təftiş Komitəsinin sədri Rafiq Qasımov və başqaları iştirak ediblər.

Toplantıda Dünya Alpaqut Federasiyasının idarə icra strukturuna seçki keçirilib. Tural Abasquliyev federasiyasının Təşviqat və İnkişaf üzrə vitse-prezidenti, Firuzə Cəlilova isə İctimaiyyətlə əlaqələr və Mətbuat Departamentinin sədri seçilib. T.Abasquliyev federasiyanın inkişafı ilə bağlı gələcək planlarını açıqlayıb. F.Cəlilova isə qarşıda duran hədəflərə çatmaq üçün yeni PR strategiyasının formalaşdırılması zərurətini vurğulayıb. Bundan əlavə, Dünya Alpaqut Federasiyasının digər strukturlarına yaxın günlərdə yeni rəhbərlərin təyin olunması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014 –cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video