28 Mart 2024 13:17
186
CƏMİYYƏT
A- A+

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik  

 

Azərbaycan Prezidenti İlham Əliyevin təhlükəsizlik orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətin növbəti təzahürü olaraq, 2020-ci və 2023-cü illərdə aparılan hərbi əməliyyatlar dövründə və ondan sonra həyata keçirilən tədbirlər zamanı şəxsi şücaət və qəhrəmanlıq göstərdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı ali mükafatlara layiq görülüb. Böyük iftixarla qeyd edirik ki, bu gün DTX-nin sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Qeyd olunan hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa görə DTX-nin 7 əməkdaşı “Zəfər”, 14 əməkdaşı “Qarabağ” ordeni, xeyli sayda əməkdaşı başqa orden və medallarla təltif olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin “Dövlətin təhlükəsizliyi naminə” sərlövhəli məqaləsində yer alıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin tarixində ən mühüm hadisə, heç şübhəsiz, məhz ötən ilin noyabr ayında dövlətimizin başçısının Xidmətin yeni inzibati binalarının açılışında iştirak etməsi idi. Möhtərəm Prezident binalarda yaradılan iş şəraiti ilə yaxından maraqlandı, müasir tələblər səviyyəsində qurulan kriminalistika, əməliyyat və şəbəkə idarəetmə otaqları ilə tanış oldu. Əməkdaşların gələcək fəaliyyətlərini lazımi səviyyədə həyata keçirəcəklərinə və üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə icra edəcəklərinə inamını ifadə etdi.

Fürsətdən istifadə edərək, göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından dərin təşəkkürümüzü bildirir, Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik!

Fəxr duyuruq ki, fəaliyyətini daim Vətənə sədaqət amalları üzərində quran, Ümummilli Lider Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu sarsılmaz ənənələri davamlı olaraq yaşadan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bu il peşə bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizin və qalib xalqımızın qürurlu zamanında qeyd edir”, - DTX rəisi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video