27 Aprel 2024 14:04
270
CƏMİYYƏT
A- A+

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır  

 

Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin (ECS) rəsmi saytında dərc edilib.

Hesabatın müəllifləri bu mövzu ilə bağlı əlçatan elmi sübutlar toplayıb və metaanaliz aparıblar. Tədqiqatların hamısı pilləkənlərin sayından və yuxarı qalxma sürətindən asılı olmayaraq icmala daxil edilib.

Yekun təhlildə ümumilikdə 480 479 iştirakçını əhatə edən doqquz tədqiqat yer alıb.

Tədqiq olunan populyasiyanın tərkibinə həm sağlam insanlar, həm də ürək böhranı və ya periferik arteriya xəstəsi olanlar daxil edilib. Yaş həddi 35-84 arası dəyişib, respondentlərin 53 faizini qadınlar təşkil edib.

Müəyyən olunub ki, pilləkənlərlə yuxarı qalxmaq istənilən səbəbdən ölüm riskinin 24 faiz azalması ilə əlaqəli olub, eləcə də pilləkənlərdən istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölüm ehtimalını 39 faiz azaldır. Alimlər qeyd edir ki, piyada gəzmək də ürək böhranı, ürək çatışmazlığı və insultdan qoruyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video