08 May 2025 01:54
2168
Qanunlar
A- A+
"Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli və 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 22-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22.0.9-cu maddənin birinci abzasında "Maye və təbii qaz təsərrüfatı" sözləri "Yanacaqdoldurma və qaz təchizatı" sözləri ilə əvəz edilsin;

1.2.  22.0.9.2-ci maddədə "1100" rəqəmləri "2500" rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:

"1.0.1-1. lisenziyalaşdırma subyektləri - lisenziya və icazə verən orqanlar, lisenziya və icazə verilməsinə rəy (razılıq) verən aidiyyəti dövlət orqanları, müəssisələri və lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar;";

2.2.  3-cü maddə üzrə:

2.2.1. 3.1-ci maddədə "lisenziya və icazə verən orqanların" sözləri "lisenziyalaşdırma subyektlərinin" sözləri ilə əvəz edilsin;

2.2.2. 3.2-ci maddədə "lisenziya və icazə verən orqanlara" sözləri "lisenziyalaşdırma subyektlərinə" sözləri ilə əvəz edilsin;

2.3.  19-cu maddə üzrə:

2.3.1. 19.8-1-ci maddənin birinci və ikinci cümlələrinə "Qanunun" sözündən sonra "1 nömrəli əlavəsinin 10-cu maddəsində və" sözləri əlavə edilsin və həmin cümlələrdə "növünə" sözü "növlərinə" sözü ilə əvəz edilsin;

2.3.2.  19.12-1-ci maddəyə birinci halda "Qanunun" sözündən sonra "1 nömrəli əlavəsinin 10-cu maddəsində və" sözləri əlavə edilsin və həmin maddədə "növünə" sözü "növlərinə" sözü ilə əvəz edilsin;

2.4.  27-ci maddə üzrə:

2.4.1.  27.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.";

2.4.2. 27.3-cü maddədə "edilməməsi hallarını aşkar edən" sözləri "edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə" sözləri ilə əvəz edilsin;

2.5.  28-ci maddə üzrə:

2.5.1. adında "Lisenziya və icazə verən orqanların" sözləri "Lisenziyalaşdırma subyektlərinin" sözləri ilə əvəz edilsin;

2.5.2. 28.1-ci maddədə "Lisenziya və icazə verən orqanın" sözləri "Lisenziyalaşdırma subyektləri və onların" sözləri ilə əvəz edilsin və həmin maddəyə "hallarda" sözündən sonra "aidiyyəti üzrə" sözləri əlavə edilsin;

2.5.3. 28.2-ci maddədə "lisenziya və icazə verən orqan" sözləri "müvafiq lisenziyalaşdırma subyekti" sözləri ilə əvəz edilsin;

2.6. həmin Qanuna 1 nömrəli əlavə - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 10-cu maddəsində "Maye və təbii qaz təsərrüfatı" sözləri "Yanacaqdoldurma və qaz təchizatı" sözləri ilə əvəz edilsin.

Maddə 3. Keçid müddəa 

Bu Qanun qüvvəyə mindiyi tarixədək yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarı ilə məşğul olan şəxslər həmin obyektlərin istismarı ilə məşğul olmaq üçün bu Qanun qüvvəyə mindikdən sonra üç ay müddətində lisenziya (icazə) almalı, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!