04 Noyabr 2024 13:33
303
CƏMİYYƏT
A- A+
Danimarkada Azərbaycan icması ilə görüş keçirilib

Danimarkada Azərbaycan icması ilə görüş keçirilib

Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva Sadiqi bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbəri olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu bildirib. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.

Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünün diasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru professor Məsud Aşina Danimarkadakı soydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqət çəkib.

Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibi Özgür Kafadar da iştirak edib.

İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər.

Sonra Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib və Məsud Aşina Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Danimarka üzrə koordinatoru seçilib.

İcma görüşü Danimarka-Azərbaycan Vətən Cəmiyyəti İdarə Heyətinin sədr müavini Amid Hüseynov və cəmiyyətin üzvü Leyla Qasımovanın moderatorluğu ilə keçirilib.

Tədbirin ikinci hissəsində Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin “Zəfər Günü” adlı bayram tədbiri təşkil olunub.

Bayram tədbirində 44 günlük Vətən müharibəsinin unudulmaz məqamları qürurla xatırlanıb, şəhidlərin xatirəsi anılıb, şəhid ailələrin üzvlərinin və digər qonaqların çıxışları dinlənilib, Zəfərimiz haqqında videoçarx təqdim olunub.

Tədbir türk sazının mahir ifaçısı Ferhat Uğurun vətənpərvər ruhlu mahnılarının səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!