17 Oktyabr 2024 19:05
929
COP29
A- A+
COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur

COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliyindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir. Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər xidmət göstərəcəklər.

Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tərtib edilib. Görmə məhdudiyyəti olan şəxslər məkanda rahat naviqasiya üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlərdən istifadə edə biləcəklər. Qeyd edək ki, bu materialların əksəriyyəti Azərbaycanda yaşayan görmə məhdudiyyətli şəxslər tərəfindən hazırlanıb.

Tədbirlə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək. Burada əlilliyi görünməyən insanlar üçün günəbaxan simvollu lentlər istəyə görə təqdim olunacaq, Brayl əlifbası ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin ediləcək, eləcə də yoxlama və ilkin texniki dəstəyi özündə ehtiva edən təkərli oturacaqların təmiri xidməti, elektrikli təkərli oturacaqlar üçün enerjidoldurma məntəqəsi fəaliyyət göstərəcək, habelə ehtiyat təkərli oturacaqlar təklif olunacaq.

Bundan əlavə, fiziki imkanları məhdud olan şəxslərin tədbir məkanının bütün sahələrində yerdəyişməsini asanlaşdırmaq məqsədilə müvafiq pandus və liftlər quraşdırılacaq, eləcə də xüsusi parklanma yerləri, müyəssər sanitar qovşaqları və sakit otaq mövcud olacaq. Bununla yanaşı, tədbir məkanına girişi asanlaşdırmaq üçün piyada yoxlama-keçid məntəqələrində (PSA) “yaşıl keçid” zonaları, habelə COP tədbirləri tarixində ilk dəfə Mavi və Yaşıl zonaların girişlərində taktil xəritələr yerləşdiriləcək.

Müyəssərlik və inklüzivlik öhdəliklərinin, eyni zamanda, qonaqlama və nəqliyyat xidmətlərində də tətbiqi icra olunur. Belə ki, iştirakçılara müyəssər qonaqlama məkanlarının, eləcə də tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantlarının geniş siyahısı da təqdim ediləcək.

Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin əməkdaşlarına müvafiq təlimlər keçirilir. Bu təlim sessiyaları sayəsində şirkətin əməkdaşları və könüllülər fiziki imkanları məhdud şəxslərə planetimizin gələcəyi ilə bağlı mühüm müzakirələrdə iştirak etmək imkanı yaratmaqla yanaşı, tədbirə qatılan hər kəsə yardımçı olmaq üçün müvafiq bacarıqlara yiyələnəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

Afrikada bütöv bir ölkə işıqsız qalıb

18:44
19 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Xankəndi şəhərinə gəlib

18:20
19 Oktyabr

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!