13 Noyabr 2024 08:15
364
SİYASƏT
A- A+
COP29 antiazərbaycançı dairələr üçün ən yaxşı cavab olacaq

COP29 antiazərbaycançı dairələr üçün ən yaxşı cavab olacaq


"Bir ildən az idi ki, Azərbaycan COP29 beynəlxalq konfransına hazırlaşırdı. Dövlət başçısının tapşırığına əsasən, təşkilat komitəsi yaradılaraq qısa zaman kəsiyində hazırlıq işlərinə start verildi. Zamanın az olmasına baxmayaraq, Azərbaycan COP29-a çox yüksək səviyyədə hazırlaşdı".

Bunu "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O xatırladıb ki, COP29-la bağlı infrastruktur formalaşdırılıb, yollarda yeni qaydalar tətbiq olunub və qonaqların ölkəmizdə rahat və təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. COP29-un Azərbaycanda keçirilməsinə görə Qərbdən qısqanaraq təzyiqlər göstərməyə çalışanlar olsa da, ölkəmiz müstəqil siyasət yürütdüyü üçün heç bir qara qüvvə istəyinə çata bilmədi. Azərbaycan COP29-da nümunəvi modelini yaratdı.

COP29-da iştirakla bağlı 70 mindən çox şəxsin qeydiyyatdan keçdiyini xatırladan deputat deyib ki, noyabrın 11-dən başlayaraq dünyanın nəbzi Bakı ilə döyünməyə başlayıb: "Ölkəmizə gəlmiş çoxsaylı qonaqlar COP29-la bağlı tədbirlərdə iştirak edir və müxtəlif mövzularda müzakirələr aparırlar. Bu gün dünyanı iqlim dəyişiklikləri ilə bağlı məsələ  çox narahat edir. Atmosferə atılan karbon emissiyalarının artması canlı aləmin gələcəyi üçün böyük təhlükəyə çevrilir. İqlimin istiləşməsi buzlaqların əriməsinə və okeanlarda suyun səviyyəsinin artmasına səbəb olur. Bu da bir çox ölkələri suyun altında qalma təhlükəsi ilə üzləşdirir. Digər tərəfdən, iqlimin istiləşməsi quraqlıqların artmasına, şirin suların azalmasına və su hövzələrinin qurumasına gətirib çıxarır.  Məhz bu halların sürətlənməməsi üçün ciddi tədbirlərin görülməsi vacibdir".

Deputat qeyd edib ki, Azərbaycan COP29-a ciddi təşəbbüslərlə zəngin gündəlik təqdim edib. Ölkəmiz konfransın nəticəyönümlü olmasına çalışır. Biz ilk gündən dünyada körpülərin salınmasına və həmrəyliyin formalaşdırılmasına çalışdığımızı bildirmişik. Həqiqətən bu gün iqlim dəyişikliklərinə qarşı mübarizəni genişləndirmək üçün qlobal həmrəyliyin  nümayiş etdirilməsi vacibdir. Ölkəmiz İqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasını və bu fondun maliyyəsinin 1 milyard dollardan 2 trilyon dollara qədər artırılmasını təklif edir. Amma təəssüf ki, iqlimi ən çox çirkləndirən və iqlim dəyişikliklərinin sürətlənməsinə ən çox təsir göstərən Qərb ölkələri COP29-dan müxtəlif bəhanələrlə yayınmağa çalışır. "Hər bir ölkə bu məsələlərdə aktiv iştirak etməli və iqlim dəyişmələrinin sürətlənməsinə səbəb olan  inkişaf etmiş ölkələr daha çox maliyyə ödəməlidirlər. Bakıda keçirilən COP29 iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal həmrəyliyə nail olunan beynəlxalq konfrans kimi tarixə düşəcək", - deyə o əlavə edib. 

A.Badamov bildirib ki, COP29-un ölkəmiz üçün  müxtəlif istiqamətlərdə əhəmiyyəti var.  Prezident İlham Əliyev ölkəmizə gələn bütün dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirir ki, bu da əməkdaşlıq imkanlarını genişləndirmək baxımından çox əhəmiyyətlidir. Tədbir həm də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək. Azərbaycan təsdiq etdi ki, COP29 kimi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edə bilir. Bunun üçün ilk növbədə ölkənin iqtisadi güc amili mühüm rol oynayır. Məhz iqtisadi imkanlarımız sayəsində qısa zaman kəsiyində bu böyük tədbirə evsahibliyi üçün hazırlıq işləri nümunə kimi görüldü. 

COP tədbirlərinin siyasi sabitliyi təmin etmiş ölkələrdə keçirildiyini qeyd edən deputat bildirib ki, belə konfranslarda 100-dən çox dövlət və hökumət başçısı bir araya gəlir: "Əgər siyasi sabitlik olmasa, onların  bir yerdə tədbirdə iştirakı mümkün deyil. Bu baxımdan Azərbaycanın siyasi sabitlik və təhlükəsizliyi təmin edən ölkə olduğunu dünya ictimaiyyəti qəbul edib. Ölkəmizə gələn yüksəksəviyyəli qonaqlar öz gözləri ilə bir sabitlik adasına gəldiklərinin şahidi olurlar. Bu da ölkəmizin dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir".  

Konfransın ölkəmizə, həmçinin iqtisadi dividendlər qazandırdığını deyən siyasətçi bildirib ki, bu  beynəlxalq tədbir ölkəmizin bərpaolunan enerji və qeyri-neft sektoruna investisiya axınının sürətlənməsinə töhfə verəcək. Çünki sərmayədarlar iqtisadiyyatı dinamik inkişaf edən, siyasi sabitliyi təmin olunmuş ölkələrdə investisiyalar yatırmaqda maraqlıdırlar. O cümlədən ölkəmizin iqtisadi potensialı və investisiya mühiti sərmayəçilər üçün maraqlıdır.  COP29-a gəlmiş müxtəlif sahələri əhatə edən qonaqlar ölkəmizin iqtisadi potensialı ilə tanış olmaq imkanına malik olacaq, bu da gələcəkdə ölkəmizə marağın daha da artmasına gətirib çıxaracaq. 

A.Badamov bildirib ki, konfrans həm də ölkəmizin turizm potensialının təbliği baxımından çox yaxşı fürsətdir: "Gələn  qonaqlar ölkəmizin mədəniyyəti, tarixi yerləri, işğaldan azad olunmuş ərazilərin turizm potensialı, mətbəxi və gəzməli yerləri ilə tanış ola biləcəklər. Bu da həmin şəxslərin gələcəkdə də ölkəmizə səfər etməsinə, o cümlədən öz ölkələrinə qayıtdıqdan sonra ətrafında olan insanlara ölkəmiz haqqında məlumat vermələrinə imkan verəcək. Ölkəmizdəki sabit və təhlükəsiz mühit dünya ictimaiyyətində Azərbaycana marağın artmasına səbəb olacaq. Həm də  turizm sektorunda aktivliyin artması yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun digər sahələrinin də inkişafına impuls verəcək". 

Deputat vurğulayıb ki, COP29 Azərbaycanı dünyada ləyaqətli və etibarlı tərəfdaş kimi  bir daha tanıdacaq. Bu da beynəlxalq arenada sözümüzün gücünün artmasına və mövqelərimizin möhkəmlənməsinə töhfə verəcək. Bu gün islamofob və antiazərbaycançı kampaniyalar apararaq nüfuzumuza xələl gətirmək istəyən qəlbiqara riyakar dairələr var. COP29  antiazərbaycançı və islamofob baxışlarını sərgiləyən bütün dairələr üçün ən yaxşı cavabımızdır.   


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!