04 Mart 2024 10:53
3202
ELANLAR
A- A+

bp “Şəfəq” layihəsinin icraçısı kimi elan edir ki, layihə üzrə iş proqramı çərçivəsində “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

bp bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:
“JW MARRIOTT ABSHERON BAKU” mehmanxanası
(Azadlıq meydanı 674, Bakı, Azərbaycan, AZ1010),
“Hövsan” zalı,

6 mart 2024-cü il
10:00 - 12:00

Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.
19 fevral 2024-cü il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə variantının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün müxtəlif ünvanlarda yerləşdirilib.
Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) bp-nin vebsaytında da yerləşdirilib:
https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/sefeq-gunes-elektrik-stansiyasi-layihesi.html
bp bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində, www.bp.com/az_az/azerbaijan/home vebsaytına daxil olmaqla və ya [email protected] elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər.
Əlavə məlumat üçün bp-nin hökumətlə əlaqələr üzrə müşaviri Qivami Rəhimli ilə əlaqə saxlaya bilərsiniz:

E-poçt: [email protected]

Tel.: (012) 525 6000 və ya (055) 212 68 52

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video