28 Yanvar 2026 09:40
1593
Oxucu məktubları
A- A+
"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"


"Azərbaycan" qəzetində dərc olunan "Yolumuz təhlükə saçır" sərlövhəli məqalə barədə 17 noyabr 2025-ci il tarixli məktubunuza Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) baxılmışdır.

Bildiririk ki, məqalədə vurğulanan yol sahəsi üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri olan bütün yol nişanları AYNA tərəfindən müvafiq standartlara uyğun şəkildə quraşdırılmışdır.

Nəzərinizə çatdırırıq ki, işıqfor obyektlərinin, o cümlədən sürət rejiminə nəzarət edən xüsusi texniki vasitələrin (radar qurğularının) quraşdırılması, istismarı və idarə edilməsi AYNA-nın səlahiyyətləri xaricindədir.


Anar SƏMƏDOV,

İdarə Heyətinin sədr müavini


Redaksiyadan: Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qarabağ küçəsində yaşayan bir qrup sakin tərəfindən redaksiyamıza göndərilmiş və qəzetimizin 4 noyabr 2025-ci il tarixli sayında "Yolumuz təhlükə saçır" başlığı ilə dərc olunmuş məktuba Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən bu cavabdan belə məlum olur ki, işıqforların, sürət rejiminə nəzarət edən xüsusi texniki vasitələrin (radar qurğularının) quraşdırılması, istismarı və idarə edilməsi bu qurumun səlahiyyətində deyil.

Məsələ oxucularımıza aydın olsun deyə xatırladaq ki, qeyd edilən ünvanda yaşayan sakinlərin problemi ərazidə avtomobillərin yüksək sürətlə hərəkət etmələri üzündən həyatları üçün yaranan təhlükədir. O üzdən sakinlər illərdir müxtəlif qurumların qapılarını döyürlər ki, ölümsaçan həmin yolun bir tərəfindən digərinə keçmək üçün tədbirlər görülsün. Yəni yola ya işıqfor qoyulsun, ya piyada keçidi üçün zolaq çəkilsin, ya da yolda sürət həddi endirilib kamera quraşdırılsın. 

Təəssüf ki, bu günədək həmin qurumların heç biri bu işi, yəni problemin həllini öz üzərinə götürmür, yaxud götürmək istəmir - biri deyir bizlik deyil, başqası deyir vəsaitimiz yoxdur, AYNA da, gördüyünüz kimi, yazır ki, səlahiyyətləri xaricindədir. Şübhə etmirik ki, məsələn, cərimə etmək lazım olsaydı, həmin qurumlar indi əlbəyaxaya çıxmışdılar. Vətəndaşların probleminin həllinə gəldikdə isə hərə bir bəhanə ilə yaxasını kənara çəkir. 

Amma bütün hallarda biz və son ümid ünvanı kimi "Azərbaycan" qəzetini seçən sakinlər ümidimizi itirmirik. Təki bu cür problemlərin həllinə cavabdeh olan qurumların rəhbərləri də məsuliyyətlərini itirməsinlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!