22 İyun 2025 08:20
943
SİYASƏT
A- A+
"Bir millət, iki dövlət" fəlsəfəsinin tərənnümü

"Bir millət, iki dövlət" fəlsəfəsinin tərənnümü


Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağa malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İyunun 19-da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin təntənəli açılış mərasiminin keçirilməsi iki ölkənin qardaşlığının gücünü bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. "Azərbaycan" məhəlləsinin açılışı isə bir daha birliyimizin, dostluğumuzun təzahürüdür. "Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada möhkəmlənməsində mühüm rol oynayıb. Bu dövrdən başlayaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməyə başlayıb. Enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından olub. Həyata keçirilən iri enerji və infrastruktur layihələri, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri hər iki ölkənin iqtisadi dayanıqlılığını və regional mövqeyini gücləndirib", - deyə o, əlavə edib.

Hərbi sənaye və müdafiə sahəsində də tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu qeyd edən deputat deyib ki, Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi isə iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib. Bu yaxınlıq yalnız siyasi və iqtisadi deyil, mədəni və təhsil sahələrində də özünü göstərir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi təhsil və mədəniyyət layihələri, eləcə də tələbə və müəllim mübadiləsi proqramları iki xalq arasında qarşılıqlı anlaşmanı və mənəvi bağlılığı daha da dərinləşdirib. Bu fəaliyyətlər gələcək nəsillərin bir-birinə daha yaxın və həmrəy olmalarına zəmin yaratmaqla Azərbaycan-Türkiyə qardaşlığının möhkəm və davamlı olacağını bir daha sübut edir.

Sevinc Fətəliyeva qeyd edib ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və "əsrin faciəsi" adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olub: "Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər dərhal zərərçəkən ərazilərə ezam olundular. Eyni zamanda humanitar yardımlar göndərildi. Dövlətimizin başçısının xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət yaşayış binaları, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradıldı. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığının, xalqlarımızın ağır günlərdə bir-birinə dayaq olmalarının, dostluq və həmrəyliklərinin parlaq nümunəsidir".

Deputat vurğulayıb ki, "Azərbaycan" məhəlləsi iki ölkə arasındakı həmrəyliyin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, bu tarixi hadisə "Bir millət, iki dövlət" fəlsəfəsini bir daha tərənnüm edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!