25 May 2025 10:20
24546
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mən rayon qeydiyyatındayam, amma Bakıda yaşayıram. Bilmək istəyirəm: yaşadığım yer üzrə poliklinikadan tibbi xidmət almaq hüququm varmı, yoxsa qeydiyyat yeri üzrə müraciət etməliyəm?


Kifayət ORUCOVA,

Bakı şəhəri


- Sualınızın cavabı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2020-ci il tarixli 92 saylı qərarı ilə təsdiq olunmuş "Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası" ilə tənzimlənir. Qaydalara əsasən, sığortaolunan (sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs) yaşadığı ərazi tibb müəssisəsinə müraciət edə bilər. Yaşayış yeri dedikdə sığortaolunanın "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaşayış yeri və ya olduğu yerin ünvanı üzrə inzibati ərazi vahidi (rayon, şəhər, şəhər rayonlara bölündükdə - şəhər rayonu) başa düşülür.

Beləliklə, əgər siz qeydiyyat ünvanında yaşamırsınızsa, adıçəkilən qanuna müvafiq qaydada olduğunuz yer üzrə qeydiyyata düşməlisiniz. Bundan sonra həmin ərazidəki tibb müəssisəsinə təhkim olunmalısınız. Bunun üçün olduğunuz yerin tibb müəssisəsinə təhkim olunmaq barədə ərizə ilə müraciət etməlisiniz. Həmin ərizəyə şəxsiyyətinizi təsdiq edən sənədi və olduğunuz ünvan üzrə qeydiyyata dair sənədi (olduğunuz yer üzrə arayış) əlavə etməlisiniz. 

Siz rəsmi dövlət mobil portalı olan "E-polis" proqram təminatı vasitəsilə də olduğunuz yer üzrə qeydiyyata düşə bilər və həmin portaldan arayış əldə edə bilərsiniz.

Yuxarıda qeyd olunan sadə prosedurları etdikdən sonra siz daimi yaşayış qeydiyyatı üzrə deyil, olduğunuz yerin tibb müəssisəsinə müraciət edərək tibbi xidmətlərdən yararlana bilərsiniz.


- Qızımın 5 və 9 yaşlarında iki uşağı var, özü də gözündəki problemlə əlaqədar III qrup əlildir. Əmək məzuniyyətinə çıxanda ona 42 təqvim günü veriblər. Nə əmək stajı, nə də ki, iki azyaşlı uşağı olması nəzərə alınmayıb.  Deyiblər ki, əlavə məzuniyyət düşmür. Bu, qanunazidd deyilmi?  Bir də bilmək istəyirəm: iş ili nə deməkdir və məzuniyyət vaxtı bu dövr necə götürülür?


Şölə AXUNDZADƏ,

Bakı şəhəri

 

- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə məcəllənin 116-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, əmək stajına görə (o cümlədən əmək şəraitinə görə), eləcə də 117-ci maddəsinin 4-ci hissəsinə müvafiq qaydada 14 yaşınadək iki və daha çox uşağa görə əlavə məzuniyyət tətbiq olunmur. Yəni qızınıza  Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə uyğun əlilliyi olan işçi kimi 42 təqvim günü əmək məzuniyyəti verildiyi üçün  həmin məcəllənin 116 və  117-ci maddələrinin I hissəsində müəyyən edilmiş əlavə məzuniyyətlərin verilməsi qanunla nəzərdə tutulmayıb. Odur ki, qüvvədə olan əmək qanunvericiliyinin şərtlərinə görə, qızınıza əmək məzuniyyəti qanunamüvafiq qaydada verilib. 

Sualınızın ikinci hissəsinə gəldikdə qeyd etməliyik ki, sənədləşdirmə işlərində "iş ili" və "təqvim ili" terminlərindən geniş istifadə olunur. Amma bəzən təcrübədə bu terminlər qarışdırılır və ya yanlış anlaşılır. 

Nəzərinizə çatdırırıq ki, əmək məzuniyyəti iş ilinə görə müəyyən olunur. Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada iş ili işçinin işə götürüldüyü gündən başlayır və növbəti ilin həmin günü başa çatır. Misal üçün, tutaq ki, qızınız 17 may 2024-ci il tarixdə işə qəbul olunub. Bu halda qızınızın iş ili 17 may 2025-cı il tarixdə tamamlanır. Onun iş ili 17.05.2024-7.05.2025-ci il kimi qeyd olunacaq. 

Təqvim ili isə yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-də bitir. 

Əlavə edək ki, məzuniyyət təqvim günləri ilə hesablanır və Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, yalnız iş günü hesab edilməyən bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün məzuniyyət haqqı ödənilmir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!