04 May 2025 09:40
24304
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Bank kartımdan mənim razılığım və iştirakım olmadan, xarici bir sayt vasitəsilə vəsait silinib. Kart məlumatlarımı heç kimlə paylaşmamışam, heç bir şübhəli keçidə daxil olmamışam və təhlükəsizlik qaydalarına riayət etmişəm. Banka dərhal müraciət edərək hadisə ilə bağlı məlumat vermişəm. Bank araşdırmaya başladığını bildirib. Bilmək istəyirəm, bank müştəri olaraq mənə pulu geri qaytarmaqla bağlı hüquqi öhdəlik daşıyırmı? Azərbaycan qanunvericiliyinə əsasən, bu tip hallarda məsuliyyət kimin üzərində olur və hansı prosedurlar əsasında qərar verilir?


Leyla QƏNBƏRLİ,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bank hesabında olan pul vəsaitinə dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 957.4-cü maddəsinə görə, əgər bank hesab sahibinin (bank kartı sahibinin) həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Göründüyü kimi, belə hallar baş verərsə, hadisənin məhz bank hesab sahibinin təqsiri üzündən baş verdiyi bank tərəfindən sübut olunmalıdır.

Məsələyə daha geniş rakursdan yanaşaraq o da qeyd olunmalıdır ki, əgər bankın elektron təhlükəsizlik sistemində hər hansı bir boşluq mövcuddursa və şəxsin bank kartından vəsaitin silinməsi bu səbəbdən baş veribsə, hesab sahibi bu halda bankdan zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin zərərçəkmiş şəxsin bankın səhlənkarlığı nəticəsində dəymiş maddi zərərə görə müvafiq məhkəmə instansiyasına müraciət etmək hüququ vardır.

Bu cür halların araşdırılması müvafiq dövlət orqanları tərəfindən aparılmalı və aidiyyəti qurumlar tərəfindən qiymətləndirilməlidir. Bu sahədə ixtisaslaşmış qurumlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsidir. Kart hesabından  oğurluq halı ilə rastlaşmış şəxs  həmin idarəyə və ya digər aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin araşdırılmasını tələb edə bilər. Araşdırmanın nəticəsində müəyyən edilir ki, vəsaitin silinməsi bank kartı sahibinin öz səhlənkarlığı (məsələn, şəxsi və bank kartı məlumatlarını üçüncü şəxslərlə paylaşması) nəticəsində baş verib, yoxsa kənar kiberhücumlar və ya bank sistemindəki texniki çatışmazlıqlarla əlaqəlidir. Əgər araşdırma nəticəsində məlum olarsa ki, vəsaitin silinməsi şəxsin təqsiri üzündən baş verib (istər bilərəkdən, istərsə də bilməyərəkdən), bu halda bankın məsuliyyəti istisna edilir. Yox, əgər müəyyən olunarsa ki, vəsaitin silinməsi bankın informasiya təhlükəsizliyi sistemindəki nöqsanlardan qaynaqlanıb, bu zaman bank müvafiq qaydada məsuliyyət daşıyır və dəymiş zərərin mülki qaydada ödənilməsi təmin edilməlidir. Hər iki halda yekun qərar müvafiq hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən qəbul olunur.


- Mənim əmlakım qanunsuz şəkildə müsadirə edilib. Nə edə bilərəm?


Həsən QULUYEV,

Binə qəsəbəsi


- Sualınızdan müsadirə olunan əmlakın daşınar və ya daşınmaz əmlak olduğu, qanuna əsasən və ya qanunsuz olaraq müsadirə olunduğu bilinmədiyi üçün suala daşınar əmlakın qanunsuz müsadirəsi kontekstində cavab veriləcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 

Əgər vətəndaşın daşınar əmlakı (avtomobil, texniki avadanlıq, əşyalar və s.) qanunsuz olaraq müsadirə edilibsə, bu halda həmin şəxs hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Daşınar əmlak bir qayda olaraq məhkəmə qərarı əsasında, icra prosesi və ya cinayət işi üzrə maddi sübut kimi götürülməsi çərçivəsində qanunla müəyyən edilmiş qaydada müsadirə edilə bilər. Əgər müsadirə bu hallardan kənar baş veribsə və əmlak hər hansı şəxslər və ya qurumlar tərəfindən məhkəmə qərarı olmadan alınmışsa, bu, qanunsuz müsadirə hesab olunur. Belə olan halda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki Prosessual Məcəllənin müddəalarına əsasən, vətəndaş öz hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir və vətəndaş əmlakın geri qaytarılması,  əgər əmlakın qaytarılması mümkün deyilsə, onun bazar dəyərinin ödənilməsi və əmlakın qanunsuz alınması nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldıra bilər.

Əgər müsadirə zamanı cinayət əməlinin tərkibi varsa, yəni zorakılıq, hədə-qorxu və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları müşahidə olunubsa, bu zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (məsələn, 180-ci maddə - soyğunçuluq, 308-ci maddə - vəzifə səlahiyyətlərindən sui-istifadə) məsuliyyət məsələsi ortaya çıxır. Bu halda əmlakı müsadirə edilmiş şəxs hüquq-mühafizə orqanına müraciət edə bilər.

Yekun olaraq qeyd olunmalıdır ki, əgər daşınar əmlak qanunsuz şəkildə müsadirə edilibsə, bu zaman vətəndaş həm məhkəmə, həm də hüquq-mühafizə orqanları vasitəsilə hüquqlarının bərpasını tələb edə bilər. İş üzrə icraatın düzgün həyata keçirilməsi üçün konkret faktlar və sübutlarla çıxış etmək xüsusi əhəmiyyət kəsb edir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!