Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar № 18/74
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.
Bununla əlaqədar işğaldan azad edilmiş ərazilərdə məskunlaşan, habelə uzunmüddətli bərpa, tikinti-quruculuq və abadlıq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının təmin edilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin yaradılması zərurətə çevrilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 35.2-ci maddəsinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən aidiyyəti orqanlarla razılaşdırılaraq, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır.
Bundan əlavə, seçki məntəqələri yaradılarkən Seçki Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə riayət olunmalıdır.
Beləliklə, Seçki Məcəlləsinin 35.3-cü maddəsinin tələbləri, habelə 35.2-ci və 36.4-cü maddələrində göstərilən prosessual müddətlər nəzərə alınmaqla, 84 saylı Füzuli, 118 saylı Ağdam-Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa - Ağdam - Xocavənd və 125 saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilməlidir.
Qeyd edilənlərə əsasən Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü, 35-ci və 36-cı maddələrinə uyğun olaraq qərara alır:
1. 84 saylı Füzuli, 118 saylı Ağdam-Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa - Ağdam - Xocavənd və 125 saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edisin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.07.2024
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!