19 Dekabr 2025 09:25
218
İDMAN
A- A+
Bakının "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman siyasətinə verilən qiymətdir

Bakının "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman siyasətinə verilən qiymətdir


Gündən-günə gözəlləşən Bakı şəhəri 2026-cı ildə "Dünya İdman Paytaxtı" elan olunub. Ölkəmizin paytaxtının mötəbər idman oyunlarına evsahibliyi etməsi üçün seçilməsi Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin müntəzəm olaraq idmana göstərdiyi diqqət və qayğının, geniş infrastruktur layihələri və sağlam həyat tərzini özündə əks etdirən siyasətin uğurlu  nəticəsidir. Bir-birindən mötəbər beynəlxalq idman yarışlarına evsahibliyi etməsi ölkəmizin dünyadakı nüfuzunu daha da yüksəldəcək, gənclərimizin idmana olan həvəs və maraqlarını artıracaq.  

Bakının 2026-cı il üçün "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycan dövləti və idmanımız üçün olduqca böyük uğurdur. Çünki bu titul şəhərin idman infrastrukturunu, beynəlxalq idman tədbirlərinə evsahibliyi etmək imkanlarını və idmanın inkişafına verdiyi töhfələri təsdiqləməklə yanaşı, eyni zamanda ölkənin idman siyasətinin uğurla aparıldığını göstərir. Yüksək əminlik hissi ilə qeyd etmək olar ki, Bakı qazandığı bu statusla idman sahəsində lider şəhər kimi çıxış edəcək və bundan sonra da yeni layihələrə cəlb olunacaq, beynəlxalq yarışlara evsahibliyi edəcək. Bütün bunlar isə ölkə gənclərinin sağlam həyat tərzi yaşaması ilə yanaşı, respublikamızın turizm və iqtisadiyyatına da müsbət təsir göstərəcək. Beynəlxalq yarışların davam etdiyi günlərdə dünyanın ürəyi Azərbaycanda döyünəcək. Bütün diqqətlər ölkəmizin paytaxtına yönələcək. 

Xatırladaq ki, Azərbaycan bu təşəbbüsə 2024-cü ildə qoşulmuş və Bakının namizədliyi irəli sürülmüşdür. O zaman ölkəmizə gələn və idman həyatımızla yaxından tanış olan Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) yaradıcısı Qian Fransisko Lupatelli mətbuat konfransında təəssüratlarını bölüşərək demişdir ki, bu şəhərdə gözəl təqdimat nümayiş etdirildi. Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram.

Nəhayət, gözlənilən gün gəlib çatdı. Bir neçə gün əvvəl Belçikanın paytaxtı Brüsseldə Bakının 100 ballıq şkala üzrə ən yüksək nəticəyə nail olması və zəngin idman ənənələri, maddi-texniki bazası, həmçinin beynəlxalq yarışları yüksək səviyyədə keçirmək üzrə böyük təcrübəsi nəzərə alınaraq, gələn il üçün dünyanın idman paytaxtı seçilməsi qərara alındı. ACES prezidenti Can Fransisko Lupattelli Bakının idmanın inkişafına daim böyük töhfələr verdiyini vurğulayaraq qeyd etdi ki, bu şəhər hər zaman keyfiyyətli idman obyektləri ilə fərqlənib.

Doğrudan da paytaxtımızın "Dünya İdman Paytaxtı" elan olunması indiyə qədər yüksək səviyyədə həyata keçirilmiş idman yarışlarındakı uğurların layiqli və məntiqi yekunudur. Çünki ölkəmizdə, xüsusilə də Bakıda keçirilmiş bütün mötəbər yarışlar həmişə yüksək səviyyədə təşkil olunub. Buna görə də  paytaxtımızın qonaqları hər dəfə ölkəmizin təşkilatçılığından razılıq ediblər, xoş sözlər söyləyiblər. 

Yaxşı xatırlayırıq ki, 10 il əvvəl "Bakı-2015" I Avropa Oyunlarında paytaxtımız qitənin 50-dən çox ölkəsinin ən güclü atletlərinin gərgin mübarizə meydanına çevrildi. Azərbaycan Avropa Oyunlarının ilk dəfə keçirildiyi ölkə kimi yaddaşlara həkk olundu. Ölkəmizin paytaxtında yarışlar keçirmək üçün hərtərəfli şəraiti olan bir-birindən gözəl idman sarayları var. Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, Tofiq Bəhramov adına stadion, Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Atıcılıq Mərkəzi və digər idman komplekslərində yarışların yüksək səviyyədə təşkil olunması ölkəmizin beynəlxalq nüfuzunu getdikcə artırır.

2017-ci ildə Bakı böyük bir idman bayramına - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həm I Avropa Oyunları, həm də IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olundu. Təbiidir ki, bütün bunları dünya görürdü, beynəlxalq təşkilatlar yaxından izləyirdi. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkəsi kimi tanınır. İnamla deyə bilərik ki, bu, Prezident İlham Əliyevin 1997-ci ildən Milli Olimpiya Komitəsinə (MOK) rəhbərlik etməsinin nəticəsidir. Azərbaycanda idmanın və Olimpiya hərəkatının intibah dövrü məhz həmin vaxtdan başlayıb. Dövlət başçımızın idman sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, idmançılarımız müxtəlif beynəlxalq yarışlarda cəsarətlə mübarizə apararaq qalib gəlir, qızıl medallar qazanırlar. Məhz bu qalibiyyətin, uğurların nəticəsidir ki, dünyanın ən mötəbər idman yarışlarında üçrəngli bayrağımız qaldırılır, Dövlət himnimiz səsləndirilir. İdmançılarımız uğurları və qələbələri ilə xalqımıza qürurlu anlar yaşadırlar.

Beynəlxalq təşkilatların paytaxtımıza verdiyi bu yüksək status bir daha onu göstərir ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili imkanlarına malik olan ölkədir. Azərbaycan bunu "Formula-1", Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu idman tədbirlərinə uğurla evsahibliyi etməklə nəyə qadir olduğunu sübut edib. Bütün bunlar onu deməyə əsas verir ki, Bakının 2026-cı ildə "Dünyanın İdman Paytaxtı" seçilməsi təsadüfi deyil. Doğma Bakı bu ada, bu şərəfə layiq şəhərdir. Növbəti dəfə də ona göstərilən etimadı yüksək səviyyədə yerinə yetirəcək.

Artıq "Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) baş katibi Huqo Alonso Kastanon Bakı şəhərinin "Dünya İdman Paytaxtı" ("World Capital of Sports") elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib ki, əsas məqsəd Azərbaycanda idmanı daha da kütləviləşdirmək və hər kəs üçün əlçatan etməkdir: "Əminəm ki, buna nail olacağıq. Əgər siz bədən tərbiyəsi və idmanla məşğul olsanız, bunun müsbət nəticələrini görəcəksiniz. Biz bilirik ki, ölkənizdə müxtəlif idman növləri üzrə böyük mötəbər tədbirlər keçirilir. Əminik ki, Bakı 2026-cı ilin "Dünya İdman Paytaxtı" kimi yaxşı nümunə olacaq".

Çox sevindirici haldır ki, paytaxtımız yalnız ona etimad göstərilən mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə fərqlənmir. Beynəlxalq tədbirlərlə yanaşı, ölkəmizin paytaxtında şəhər sakinlərinin asudə vaxtlarını səmərəli təşkil edilməsi məqsədilə də müntəzəm olaraq müxtəlif idman yarışları keçirilir. Şəhər sakinləri keçirilən bu yarışlardan zövq alır, təşkilatçılara minnətdarlıqlarını bildirirlər. Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə iqtisadi gücü artan dövlətimizin idman sahəsinə daim qayğı göstərməsi, müasir tələblərə cavab verən idman infrastrukturlarının yaradılması, sabahımız olan gənclərin sağlam böyüməsi üçün əlverişli şərait yaradır. 

Böyük əminliklə demək olar ki, həmişə olduğu kimi, Bakı 2026-cı ildə də bu məsuliyyətli missiyanın öhdəsindən bacarıqla gələcək, Azərbaycanın idman ölkəsi olduğunu əməli işi, yüksək təşkilatçılığı ilə bir daha dünyaya göstərəcək. "Dünya İdman Paytaxtı" titulu gənclərimizin idmana olan marağını, həvəsini daha da artıracaq. İdman yarışlarında həmişə mübarizə aparmağa, zəfər qazanmağa hazır və qadir olan gənclərimiz sağlam ruhda böyüyəcək, dövlətimiz, xalqımız üçün dəyərli vətəndaş olacaqlar. Uğurları və zəfərləri ilə həmişə xalqımızı sevindirəcəklər. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!