04 Noyabr 2024 13:06
302
CƏMİYYƏT
A- A+
Bakıda qlobal sanksiya tendensiyaları barədə dəyirmi masa təşkil edilib  

Bakıda qlobal sanksiya tendensiyaları barədə dəyirmi masa təşkil edilib  

Noyabrın 4-də Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə STM-in “Dezinformasiyaya qarşı mübarizə: İfşa Detektoru” layihəsi çərçivəsində aparılmış növbəti tədqiqat “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitab təqdim edilib.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, hərb meydanında məğlub olan Ermənistan müxtəlif yollarla Azərbaycandan qisas almağa çalışır.

Onun sözlərinə görə, dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsas məqsədi Qələbəmizi əlimizdən almaq, onu gözdən salmaq, Azərbaycanın regiondakı nüfuzunu zədələməkdir.

Deputat əlavə edib ki, Qarabağ Zəfərindən sonra ABŞ Konqresində Azərbaycana qarşı kampaniya aparanların maliyyə yardımı artırılır. "Son 35 ildə məruz qaldığımız 907-ci düzəlişə baxmayaraq, yerləşdiyimiz bölgədə genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik. Prezident İlham Əliyev strateq kimi Azərbaycanı beynəlxalq iqtisadi-siyasi cəza və qadağalardan qoruyur", - deyə STM-in sədri vurğulayıb. O, sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmasının vacib olduğunu deyib.

Milli Məclisin deputatı, “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”nın sədri Ramid Namazov "COP29-da ölkəmizə yekdil dəstək: beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun göstəricisi və erməni lobbisinin zəifliyi" mövzusunda çıxış edib. O, çıxışında məsələnin tarixi məqamlarını diqqətə çatdıraraq, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu vurğulayıb. R.Namazov qeyd edib ki, ölkəmizə göstərilən bu geniş dəstək, Azərbaycanın dünya səhnəsində mövqeyinin gücləndiyini və erməni lobbisinin təsir imkanlarının zəiflədiyini nümayiş etdirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Zəfərin bir çox dairələri qıcıqlandırdığını vurğulayan Milli Məclisin deputatı Fariz İsmayılzadə isə deyib: “Onlar Qələbəmizə qısqanclıqla baxırlar. Hətta torpaqlarımız işğal altında olan dövrdə də sanksiyalara məruz qalırdıq. Yəni, torpaqlarımızı azad edəndə də, işğala məruz qalanda da sanksiyalara məruz qalmışıq. Bunun da əsasında erməni lobbisinin fəaliyyəti və din amilinin böyük rolu var. Bu prosesə isə QHT-lər və media mənsubları cəlb olunur”.

F.İsmayılzadə bildirib ki, ermənilər və digər anti-Azərbaycan qüvvələr ölkəmizin bank sisteminə, enerji təhlükəsizliyinə qarşı kiberhücumlar edirlər. Belə hücumlar gələcəkdə daha təhlükəli xarakter ala bilər ki, bu da Qarabağa qarşı iddiaları özündə ehtiva edir. Ona görə də yeni təhdid formalarına hazır olmalıyıq.

Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycanın işğal edilmiş ölkədən qalib ölkəyə qədər keçdiyi yola, Qarabağ Zəfərindən sonra müşahidə edilən sanksiya fəallığının dinamikasına nəzər salıb. Bildirib ki, ABŞ dünyada ən çox sanksiya tətbiq edən ölkə olaraq öz məqsədlərinə çatmaq istəyir. Onun sözlərinə görə, ABŞ-ın haqsız olaraq tətbiq etdiyi 907-ci düzəlişin qəbul edilməsi erməni lobbisinin təsirinin və Amerikanın geosiyasi baxışlarının nəticəsidir.

Tədqiqatın müəllifi, STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya” adlı kitabla bağlı məlumat verib. O qeyd edib ki, Azərbaycanın adını müxtəlif beynəlxalq insan hüquqları təşkilatlarında, ədalət və cinayət məhkəmələrində hallandırmaq, hesabat və reytinqlərdə neqativ təqdim etmək, parlamentlərdə qərəzli qətnamələr qəbul etdirmək cəhdlərinin sayı-hesabı yoxdur. Qarabağın işğaldan azad edilməsindən sonra qlobal erməni diasporunun revanşizm isterikası fonunda bu fəaliyyət çoxsaylı istiqamətlərdə dəfələrlə güclənib.

Professor bildirib ki, 2023-cü il aprelin 26-da ABŞ Konqresinin, əsasən erməni qrupuna aid olan bir qrup üzvü tərəfindən Azərbaycana qarşı sanksiya layihəsi təqdim edilib. Bu, iki ölkə arasındakı münasibətlər tarixində ilk belə hadisədir.

T.Allahyarovanın sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan araşdırmalar bir daha sübut edir ki, xüsusilə son illər beynəlxalq insan hüquqları təşkilatlarında, məhkəmə və ədliyyə qurumlarında, parlamentlərdə, QHT-lərdə ermənilərin həm rəhbərlik, həm də işçi heyətdə şəbəkələşməsi olduqca genişlənib və qlobal miqyas alıb.

Tədbir mövzu ətrafında çıxışlar və müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!