07 Dekabr 2023 22:09
509
Mədəniyyət
A- A+

Bakıda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb

 

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamları Hüseyn Əliyevin, Kamil Əliyevin, Arif Qazıyevin, İsmət Axundovun, Əməkdar rəssamlar Rza Avşarovun, İsa Məmmədovun, Nağdəli Xəlilovun, Sabir Hüseynovun, Saleh Məmmədovun, Akif Quliyevin, Xuday İbrahimovun, Pərvin Quliyevanın, Sevil Əhmədovanın, Əli İsmayılın, ümumilikdə 25 müəllifin 40-dək rəngkarlıq və rəsm əsəri nümayiş olunur.

Qonaqları salamlayan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycandan son 200 ildə deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması böyük önəm daşıyır.

"Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı özlüyündə tarixi və siyasi hadisədir. Eyni zamanda, yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradıcılıq mövzusudur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəngin irsimizin qorunmasına, inkişafına, təbliğinə böyük diqqət və qayğı göstərir. Qərbi Azərbaycan əsilli incəsənət xadimlərinin, eləcə də rəssamların müxtəlif dövlət təltiflərinə layiq görülmələri bu qayğının bariz nümunəsidir”, - deyə İcmanın sədri bildirib.

O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapıb. Qərbi Azərbaycan əsilli rəssamların yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir. Sərgidə nümayiş olunan əsərlər mövzu etibarilə Vətənin gözəlliyini, tarixi abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir.

Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərginin açılışında dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycandan olan ziyalılar, elm və incəsənət xadimləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video