18 İyun 2025 18:41
636
CƏMİYYƏT
A- A+
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib 

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə Bakıda “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.

AZƏRTAC xəbər verir ki, simpoziumda 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksəkvəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər.

Əvvəlcə ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin simpozium iştirakçılarına müraciətini səsləndirib.

Sonra ölkəmizlə bağlı videoçarx nümayiş olunub.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva simpozium iştirakçılarına ünvanladığı müraciətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Ombudsman qanunun aliliyinin gücləndirilməsi kimi qlobal əhəmiyyətli mövzu üzrə təşkil olunan bu tədbirin insan hüquqlarının müdafiəsi məsələsinin müzakirəsi və gələcək perspektivlərin dəyərləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, müasir dövrdə qloballaşma, silahlı münaqişələr və digər qlobal proseslərin insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsini şərtləndirdiyini, xüsusilə münaqişə və postmünaqişə dövründə qanunun aliliyinin təminatçısı kimi ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyətinin vacib rol oynadığını qeyd edib.

Səbinə Əliyeva Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunduğunu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam olaraq bərpa edildiyini bildirib. Ölkəmizin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkdiyini qeyd edən ombudsman azad edilmiş ərazilərdə mövcud mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törətdiyini və regionda ekoloji tarazlığın pozulmasına səbəb olduğunu diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonik, sabit inkişafında fundamental hüquq və azadlıqların qorunması və qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir. Dövlət hakimiyyət orqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi vacibdir.

F.Abdullayev Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı əlaqəyə toxunaraq, bu cür qarşılıqlı münasibətlərin və aparılan təcrübə mübadiləsinin insan hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması ali dəyərə çevrilib. İnsan hüquqlarının qorunması uğurla həyata keçirilən prosesdir.

O qeyd edib ki, insan hüquqlarının qorunması Azərbaycan dövlətinin öz qarşısına qoyduğu, uğurla həyata keçirdiyi ən önəmli vəzifələrdən biridir. Dövlətimizin insan hüquqlarının müdafiəsini öz ali məqsədlərindən biri kimi qəbul etdiyini, bununla da ölkəmizdə insan hüquqları sahəsində formalaşmış təsisatların, o cümlədən Ombudsman təsisatının həmin dəyərlər əsasında fəaliyyət göstərməsinə şərait yaradıldığını bildirib.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaşın və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) sədri Luiza Holkun konfrans iştirakçılarına videomüraciətləri dinlənilib.

Ombudsmanların Beynəlxalq Simpoziumunda "Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər" mövzusunda keçirilən panel müzakirələrdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizin BMT-nin bir çox qurumu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, çoxmillətli, çoxdinli ölkə olan Azərbaycanda 50-dən çox etnik və dini qrup bir ahəng içərisində yaşayır.

"Azərbaycandakı dini inanc azadlığı da fundamental insan hüquqlarından biridir. Azərbaycan müsəlman ölkə olsa da, burada qeyri-müsəlman icmalar azad yaşaya bilirlər. Ölkəmizdə dini icmaların inkişafı üçün onlara maliyyə dəstəyi də göstərilir", - deyə xarici işlər nazirinin müavini vurğulayıb.

Simpoziumda ombudsmanların və milli insan hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər və qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyalar təşkil edilib.

Yekunda Ombudsmanların Beynəlxalq Simpoziumunun Bəyannaməsi qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

18:34
27 İyul

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

18:23
27 İyul

Mikayıl Cabbarov: U-17 dünya çempionatı Azərbaycana etimadın göstəricisidir

18:13
27 İyul

UWW prezidenti: Güləşçilərə arzum budur ki, Azərbaycanın od-alovundan ilham alsınlar

18:08
27 İyul

Çingiz Hüseynzadə: Dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək

17:58
27 İyul

Fərid Qayıbov: İnanıram ki, dünya çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu olacaq

17:43
27 İyul

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!