28 Oktyabr 2026 13:41
187
CƏMİYYƏT
A- A+
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB



Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətin və müşahidəçi ölkənin, eləcə də 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.

Görüşün əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqidir.

Tədbir, həmçinin korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar olunması və qaytarılması, habelə müasir texnologiyalardan istifadə sahəsində birgə fəaliyyət imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

Daha sonra Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Ardınca Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının (ACTA) prezidenti, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci Nazirlər Görüşünün sədri Hamad bin Nasser bin Rashid Al-Misnad Azərbaycanın Baş prokuroru Kamran Əliyev və İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd çıxış ediblər.

ACTA-nın prezidenti Hamad bin Nasser bin Rashid Al-Misnad çıxışında üzv dövlətlər arasında əməkdaşlığın davam etdirilməsinin və korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Belə görüşlərin təcrübə mübadiləsi, ümumi çağırışların müzakirəsi və səmərəli əməkdaşlıq mexanizmlərinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Həmçinin ölkəsində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və əldə olunan nəticələrdən danışıb.

Qətər Dövlətinin nümayəndəsinin çıxışından sonra keçirilən seçkilərin nəticələrinə əsasən, Azərbaycan İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilib. İraq, Fələstin və Burkina Faso isə Büro üzvləri seçiliblər.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, eləcə də dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, dövlət idarəçiliyinin təkmilləşdirilməsinin və antikorrupsiya mexanizmlərinin gücləndirilməsinin bu sahədə ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərini təşkil etdiyini bildirib. Baş prokuror korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasının, qabaqlayıcı tədbirlərin genişləndirilməsinin və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyinə diqqət çəkib.

Baş prokuror korrupsiyanın transmilli xarakter daşıyan formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsinin, qarşılıqlı hüquqi yardımın və əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsini zəruriliyini vurğulayıb. O, Azərbaycanın İƏT ilə əməkdaşlığının inkişafına toxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin təşkilat çərçivəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, İslam həmrəyliyinin gücləndirilməsinə və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Bu baxımdan, Bakıda keçirilən görüşün antikorrupsiya qurumları arasında dialoqun dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə fəaliyyət imkanlarının artırılması üçün mühüm platforma olduğunu qeyd edib.

İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd çıxışında tədbirin yüksək səviyyədə və peşəkarcasına təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Baş katib təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsinin və ümumi çağırışların həllində birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkib. O, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqini, qabaqcıl təcrübələrin paylaşılmasını və müvafiq qurumlar arasında institusional əlaqələrin genişləndirilməsini səmərəli əməkdaşlığın mühüm şərtləri kimi qeyd edib.

Tədbirin proqramına uyğun olaraq, birinci işçi sessiyada videotəqdimat nümayiş etdirilib, gündəlik və iş proqramı layihələri, eləcə də yüksəkvəzifəli şəxslərin iclasının hesabatı nəzərdən keçirilib.

Daha sonra İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli nazirləri çıxış edəcək.

Günün ikinci yarısında nazirlərin və müvafiq hüquq-mühafizə orqanları rəhbərlərinin çıxışları, regional və beynəlxalq təşkilatların nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 

14:55
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!