28 Oktyabr 2026 14:23
228
SİYASƏT
A- A+
Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  


Azərbaycanın müstəqilliyini bərpa etdiyi son otuz beş il ərzində keçdiyi yol həm keşməkeşli, həm də olduqca qürurvericidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır iqtisadi böhran, daxili xaos və torpaqlarının işğalı ilə üz-üzə qalan gənc respublika bu gün dünyanın tam müstəqil, sözü imzası qədər keçərli olan nüfuzlu dövlətlərindən birinə çevrilib.


Uğurlu və sabit inkişafın təməli


Bu möhtəşəm inkişaf yolunun təməli Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində qoyulub. Qurtuluş missiyasını həyata keçirən Ulu Öndər dövləti məhv olmaq təhlükəsindən qurtardı, daxili sabitliyi bərpa etdi və “Əsrin müqaviləsi” kimi tarixi layihələrlə gələcək tərəqqi platformasını yaratdı. Bu möhkəm təməl ötən dövr ərzində Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü iradəsi və sistemli islahatları ilə daha da zənginləşərək öz zirvəsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına çatdı.

Azərbaycanın qət etdiyi inkişaf yolu barədə Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söz açan Prezident İlham Əliyev vurğuladı ki, əldə olunan bütün bu uğurların arxasında məhz Azərbaycan xalqının gərgin zəhməti dayanır: “Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik”.

Müasir dünyada baş verən mürəkkəb geopolitik proseslər, güc mərkəzlərinin toqquşması və ikili standartların hökm sürdüyü bir dövrdə hər bir dövlətin ən böyük sərvəti onun daxili sabitliyi, sarsılmaz milli birliyi və aydın inkişaf strategiyasıdır. Bu gün Azərbaycan dünyada həm də formalaşdırdığı unikal dövlətçilik və həmrəylik modeli ilə seçilən, sözü ilə əməli bir olan müstəqil respublikadır

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında dövlətimizin rəhbəri onu da bildirdi ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik”.

Dövlət başçısının bu sözləri sübut edir ki, Azərbaycanın gücü həm də onun multikultural ənənələrində, bu müxtəlifliyi vahid milli ideologiya ətrafında birləşdirə bilməsindədir. Ölkə daxilində hər hansı ideoloji və ya sosial riskin olmaması məhz bu rəngarənglikdən doğan ahəngdarlıqdan qaynaqlanır.

Bu gün cəmiyyətimizin malik olduğu harmoniya hər cür kənar təsirlərə qarşı ən güclü qalxandır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşuğunda yaşayan xalqımız üçün multikulturalizm, tolerantlıq gündəlik həyat tərzidir. Ancaq qloballaşan dünyada məlumat axınının sürətləndiyi və müxtəlif ideoloji manipulyasiyaların artdığı bir dövrdə bu birliyi qorumaq üçün hər bir vətəndaşdan yüksək mənəvi yetkinlik tələb olunur. Azərbaycanın gücü ondadır ki, xalq ilə dövlət arasındakı etimad bağı heç bir kənar qüvvəyə bu ahəngdarlığı pozmağa imkan vermir.


“Sənin müstəqil bir ölkəyə necə yaşamalı olduğunu diktə etməyə mənəvi haqqın varmı?”


Bu gün dünyada dövlətlərin təhlükəsizliyi yalnız fiziki sərhədlərin qorunması ilə bitmir. Ən ciddi təhdidlərdən biri isə daxili işlərə qarışmaq və cəmiyyətin tarazlığını pozmağa hesablanan ideoloji müdaxilələrdir. Bəzi dairələr başqalarına “ağıl öyrətməyə”, necə yaşamaq lazımdırsa onu diktə etməyə çalışırlar. Halbuki bu, beynəlxalq hüququn təməl prinsiplərinə ziddir və ikili standartların təzahürüdür.  

Prezident İlham Əliyev forum iştirakçıları qarşısında bu yanaşmaya qarşı çox kəskin çıxış etdi: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?”

Başqa ölkələrə yuxarıdan aşağı baxaraq dərs keçməyə çalışanlara qarşı Azərbaycanın mövqeyi  prinsipialdır və hər hansı üstünlük hissindən doğan belə diktələri qətiyyətlə rədd edir. Ölkəmiz heç kimin daxili işinə qarışmır, başqalarına “məsləhət vermir” və təbii olaraq özünə qarşı da eyni dürüst münasibəti tələb edir.

Prezident İlham Əliyevin söylədiyi kimi: “Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.

Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır”.

Azərbaycanın son illərdə dünyaya göstərdiyi ən böyük örnəklərdən biri otuz illik münaqişəni məhz öz gücü ilə həll etməsidir. Beynəlxalq vasitəçilərin münaqişəni dondurmaq cəhdlərinə baxmayaraq, xalqımız haqq mübarizəsindən vaz keçmədi. Beynəlxalq hüququn təqdim etdiyi qanuni özünümüdafiə hüququndan istifadə edərək tarixi ədaləti bərpa etdi. Bu gün müharibə girdabında çabalayan və çıxış yolu tapa bilməyən bir çox ölkələr üçün Azərbaycanın bu təcrübəsi real və əməli sülh nümunəsidir. 

Azərbaycanın birgəyaşayış, müharibələri sonlandırmaq və beynəlxalq hüququ bərpa etmək, qısa zamanda böyük tərəqqi keçərək dünyanın sayılıb-seçilən dövlətinə çevrilmək yolu, dövlət-xalq birliyi modellərinin hər biri ayrıca uğur hekayəsidir. 

Bu nümunələr aydın şəkildə göstərir ki, Azərbaycan öz taleyinin tam sahibidir. Daxili həmrəyliyi və milli ideologiyası ilə sarsılmaz olan ölkəmiz öz yolu ilə inamla irəliləyərək qlobal miqyasda ləyaqətli dövlətçilik standartı müəyyən edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi

13:51
28 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB

13:41
28 Oktyabr

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

13:38
28 Oktyabr

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

13:37
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

13:22
28 Oktyabr

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

13:17
28 Oktyabr

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb  

12:37
28 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:31
28 Oktyabr

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

12:29
28 Oktyabr

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır  

12:15
28 Oktyabr

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb  

12:13
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!