28 Oktyabr 2026 16:16
208
DÜNYA
A- A+
İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 


 Dron müharibəsində yeni gərginlik


Müasir müharibələrdə bəzən hədəfi raketlər deyil, bir düymə, bir siqnal, hətta uzaqdan verilən bir qərar dəyişir. İndi isə Ukraynada dron hücumları ilə bağlı müzakirələrin mərkəzində peyk interneti və onun arxasındakı milyarder  İlon Mask dayanır.

Amerikalı sahibkar Ukrayna hərbçilərinin pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmək üçün mülki Starlink xidmətindən istifadə etdiklərini və bunun xidmət şərtlərini pozduğunu bildirib. Mask bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb: “Bu boşluq ötən həftə aradan qaldırılıb”.

Maskın sözlərinə görə, Starlink sistemindən insanları öldürmək məqsədilə dron hücumlarında istifadəyə heç vaxt icazə verilməyib və buna gələcəkdə də yol verilməməlidir. O, eyni zamanda Starlink ilə Starshield-in fərqli sistemlər olduğunu vurğulayıb. Bəs bu iki sistemin fərqi nədir? Starlink milyonlarla insanın internetə çıxışını təmin edən peyk şəbəkəsidir. Starshield isə ABŞ-nin  SpaceX şirkəti tərəfindən dövlət və hərbi ehtiyaclar üçün hazırlanıb. Başqa sözlə, biri əsasən internet bağlantısı, digəri isə təhlükəsiz rabitə və müdafiə məqsədləri üçün nəzərdə tutulub.

Amma söhbət müharibədən gedəndə texnologiyalar arasındakı bu fərq daha böyük məna daşıyır. Çünki müasir döyüş meydanında rabitənin kəsilməsi bəzən silahın özünün sıradan çıxması qədər əhəmiyyətli ola bilər. “İzvestiya” qəzetinin yazdığına görə, Mask Ukraynada münaqişənin sonsuzadək davam etməsini istəyən, lakin onun başa çatdırılması üçün real həll yolları təklif etməyən şəxsləri də sərt tənqid edib. “Mən ikiüzlü və bədniyyətli müharibə qızışdıranlara qarşı yalnız dərin nifrət hissi keçirirəm”, -  deyə milyorder bildirib.

Bu, Maskın peyk rabitəsi imkanlarının Ukraynadakı müharibəyə təsiri ilə bağlı ilk müzakirə deyil. Daha əvvəl onun Ukraynanın Starshield sistemindən istifadəsinə məhdudiyyətlər qoyulması barədə göstəriş verdiyi iddia olunmuşdu. KİV-in məlumatına görə, nəticədə Ukraynanın bəzi zərbə dronları və havada digər pilotsuz aparatları zərərsizləşdirmək üçün nəzərdə tutulan dronları effektivliyini itirmişdi.

“İzvestiya”nın yazdığına əsasən, bu addım Rusiyanın neft emalı zavodlarına edilən hücumlarla əlaqəli olub. Lakin məhdudiyyətlərin məhz  həmin hücumlara görə tətbiq edildiyi barədə iddia ayrıca təsdiq tələb edir. Daha sonra ABŞ Prezidenti Donald Trampın Maskdan Ukraynada Starshield sisteminin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş etdiyi barədə məlumat yayılıb. Ardınca Tramp Kiyevin sistemə çıxışının bərpa olunduğunu açıqlayıb.

Beləcə, peyklərdən gələn siqnallar təkcə internet bağlantısını deyil, müharibənin texnoloji tərəfini və siyasi müzakirələri də gündəmdə saxlayır. Bu hadisə bir daha göstərir ki, müasir dövrdə peyk rabitəsi sadəcə texnologiya məsələsi deyil — onun arxasında hərbi imkanlar, siyasi qərarlar və böyük məsuliyyət dayanır.

Züleyxa ƏLİYEVA. 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb  

17:23
28 Oktyabr

Hindistan hər il onlarla T-90 tankını modernləşdirmək istəyir  

17:23
28 Oktyabr

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib  

17:22
28 Oktyabr

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

17:21
28 Oktyabr

Rusiya Prezidenti: Qaz bazarını stabilləşdirmək üçün sanksiyalar ləğv edilməlidir  

17:18
28 Oktyabr

Dəbdəbəli kruiz gəmisində yanacaq böhranı  

17:03
28 Oktyabr

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!