15 İyul 2026 16:02
483
İQTİSADİYYAT
A- A+
Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

İyulun 15-də Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan iclasa OPEC-in Baş katibi Haysam Əl-Qays sədrlik edib. Neft hasil edən 20 ölkənin nümayəndələrini bir araya gətirən tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dünya neft sənayesinin beşiyi olan Bakıda Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasının keçirilməsi Azərbaycanın qlobal enerji əməkdaşlığındakı roluna, eləcə də OPEC+ çərçivəsində etibarlı və məsuliyyətli tərəfdaş kimi qazandığı nüfuza verilən yüksək qiymətin ifadəsidir.

“İnanırıq ki, bu görüş OPEC+ çərçivəsində dialoqun və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, qlobal neft bazarında sabitliyin və proqnozlaşdırıla bilənliyin qorunmasına, eləcə də uzunmüddətli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Xüsusilə, neftə tələbatın yüksək olaraq qaldığı, kəşfiyyat və hasilat sektoruna investisiyaların azalmasının isə gələcək bazar sabitliyi üçün yeni risklər yaratdığı bir dövrdə belə dialoq platformaları hər zamankından daha böyük əhəmiyyət daşıyır. Çünki neft qlobal iqtisadiyyatın və enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalır və qarşıdakı onilliklərdə də bu strateji rolunu qoruyacaq”,- deyə nazir əlavə edib.

OPEC-in Baş katibi Haysam Əl-Qays isə deyib ki, iştirakçı ölkələrin Əməkdaşlıq Xartiyasının potensialının tam reallaşdırılması istiqamətində qəti öhdəliyi bu gün bir daha aydın şəkildə nümayiş etdirildi. Haysam Əl-Qays, həmçinin əsas neft istehlakçıları ilə dialoqun təşviqi, neft bazarında sabitliyin dəstəklənməsi, texnologiya, innovasiya və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi vasitəsilə Əməkdaşlıq Xartiyasının məqsədlərinin tam şəkildə reallaşdırılması və praktiki həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu yanaşma neft istehsalçıları, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm faydalar təmin edəcək. Baş katib bütün nümayəndələrə dəyərli töhfələrinə və davamlı öhdəliklərinə görə təşəkkür edib, həmçinin bugünkü ilk iclasa ev sahibliyi etdiyinə görə Azərbaycana OPEC Katibliyi adından səmimi minnətdarlığını bildirib.

Texniki Komitənin ilk iclasında bazarın fundamental amilləri, enerji dialoqu, texnologiya, innovasiya, investisiyalar, siyasət və tənzimləmə, eləcə də sənaye standartları ilə bağlı fəaliyyət və proqramları əhatə edən Əməkdaşlıq Xartiyasının hərtərəfli iş planı müəyyən edilib. İş planında gələcək fəaliyyətlər, təşəbbüslər və iclaslar öz əksini tapıb.

İclas 2025-ci ilin noyabrında keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin 40-cı Nazirlər İclasında əldə olunmuş qərarların davamı olaraq təşkil edilib. Həmin toplantıda Əməkdaşlıq Xartiyasının çərçivəsi təsdiqlənmiş və OPEC Katibliyinə Xartiyanın məqsədlərinin tam reallaşdırılmasını təmin etmək üçün plan hazırlamaq və onu proqramlara çevirmək tapşırılmışdı.

Qeyd edək ki, Əməkdaşlıq Xartiyası 2019-cu il iyulun 2-də keçirilmiş OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 6-cı iclasında Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı olan OPEC və qeyri-OPEC ölkələri tərəfindən imzalanıb. Xartiyanın imzalanması Əməkdaşlıq Bəyannaməsinin uğurunun yaratdığı müsbət dinamikanı tamamlayaraq əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. 2025-ci ilin fevral ayında Əməkdaşlıq Bəyannaməsinə qoşulan Braziliya da daxil olmaqla Əməkdaşlıq Bəyannaməsinin bütün iştirakçıları Əməkdaşlıq Xartiyasının üzvləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!