02 Aprel 2017 12:04
58533
Hüquq məsləhəti
A- A+
Bakı Hüquq Mərkəz oxucuların suallarına cavab verir

Bakı Hüquq Mərkəz oxucuların suallarına cavab verir

 

Sual: Beşmərtəbəli (və ya digər) çoxmənzilli  binaları alıb sakinlərə yeni tikilmiş və ya tikiləcək binalarda mənzil veriləcəyini söyləyirlər. Hər mənzil sahəsinə  əvvəlkindən 10 faiz də əlavə ediləcəyi bildirilir.  Bu, qanunvericilikdə necə nəzərdə tutulub və necə nizamlanır? Əgər mənzil özəlləşdirilməyibsə, orada qeydiyyatda olan ailənin say tərkibi yeni mənzil verilərkən nəzərə alınmalıdırmı? Ümumiyyətlə, bu əməliyyatlar, tərəflər arasındakı hüquqi münasibətlər  zamanı mənzilin özəlləşdirlməsi ilə özləlləşdirilməməsi, çıxarışının olmaması arasında nə fərq var? Əgər bir ailə 5 nəfərdən ibarətdirsə və onlar bir otaqlı (köhnə standart ölçülü) məzildə qeydiyyatdadırlarsa, mənzil də özəlləşdirlməyibsə, bu ailənin (fərd olaraq) mənzil genişləndirmə hüququ nəzərə alınır və ya alınmalıdırmı?

 

Fatma Həsənova,

Bakı şəhər sakini

 

Cavab: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına əsasən, Bakı şəhəri üzrə Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayon icra hakimiyyətlərinə 5 il müddətinə tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər (1.3-cü bənd). Təcrübədə yerli icra hakimiyyətləri bununla bağlı sərəncam qəbul edir və tikintini həyata keçirəcək tikinti şirkəti ilə müqavilə bağlayırlar. Eyni zamanda tikinti şirkəti də köçürüləcək şəxslərlə (vətəndaşlarla) müqavilə bağlayaraq öz aralarındakı münasibətləri tənzimləyirlər. Sözügedən qərarda əlavə 10 faiz sahənin verilməsi ilə bağlı xüsusi göstəriş nəzərdə tutulmayıb. Bununla belə, təcrübədə 10-20 faiz əlavə sahənin verilməsi hallarına rast gəlinir. Tikinti şirkəti ilə bağlanacaq müqavilədə şəxs (vətəndaş) bu şərtin ayrıca göstərilməsini tələb edə bilər.

Söküləcək binada (mənzildə) qeydiyyatda olan şəxslərin ailə tərkibinin nəzərə alınması da 86 nömrəli qərarda öz əksini tapmayıb. Nazirlər Kabineti bununla əlaqədar yalnız qərarın 1.3-cü bəndində “müvafiq mənzillərin ayrılması” ifadəsini göstərməklə kifayətlənib. Bu ifadənin  əvvəlki (sökülən) və yeni (inşa edilən) mənzillərin sahələrinin eyni olmasını ifadə etdiyini demək mümkündür. Bir sözlə, qeydiyyatda olan şəxslərin sayı əhəmiyyət kəsb etmir.

Şəxs özəlləşdirilməmiş mənzilin mülkiyyətçisi deyil, kirayəçisidir, mülkiyyətçi isə dövlətdir. Doğrudur, qanunvericiliyə əsasən, özəlləşdirilməsə belə, bu mənzillər de-fakto şəxsin özəl mülkiyyəti sayılır.  Şəxs mənzili özəlləşdirdiyi, yəni onun üzərindəki mülkiyət hüququnu de-yure rəsmiləşdirdiyi  təqdirdə, onun hüquqi mülkiyyətçisinə çevrilir.

Mənzil Məcəlləsi mülkiyyət və sosial kirayə müqaviləsi əsasında istifadə edilən mənzillərin (binaların) yenidən qurulması ilə bağlı münasibətləri fərqli şəkildə tənzimləyir. Burada qısa şəkildə onu qeyd edə bilərik ki, köhnə binaların sökülməsi və yeni mənzillərin inşa edilməsində məqsəd mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olduğundan sakinlərin hüquqları mənzildən mülkiyyətçi və ya kirayəçi kimi istifadə etmələrindən asılı olmayaraq qorunmalıdır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!