Formula 1 Azərbaycan Qran-Prisində Bakıdakı yarış ərazisində “Azərxalça” ASC tərəfindən yaradılan milli guşə Azərbaycanın ənənəvi incəsənətini və müasir idman dünyasını birləşdirən unikal layihədir.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, bir neçə hissədən ibarət olan bu guşənin yaradılmasının əsas məqsədi Azərbaycan mədəni irsinin zənginliyini Formula 1 həyəcanı ilə vəhdətdə təqdim etməkdir. Milli pavilyonunun əsas diqqət mərkəzi Azərbaycanın dünya miqyasında tanınan sənət növlərindən biri olan qədim xalçaçılıq sənətidir.
“Azərxalça” ASC yarışlarda əsas iki istiqamətdə fəaliyyət göstərir. Mərkəzi kompozisiya məşhur meksikalı yarışçı Sergio Perezə həsr olunub, onu şərəfinə xalça toxunub. Səbəb isə məhz Perezin Formula 1 Azərbaycan Qran-Prisinin iki dəfə qalibi olmasıdır. Xalçanın ən diqqətçəkən elementi Sergio Perezin kuboku əlində tutduğu müasir üslubda hazırlanmış portretidir. Bu portret ənənəvi xalça motivləri ilə birləşərək, həm qədim Azərbaycan xalçaçılıq sənətinə, həm də müasir idman dünyasının təmsilçilərinə dərin ehtiram göstərir.
Arxa fon kimi istifadə olunan Qarabağın məşhur "Əjdaha" xalçası xüsusi diqqətə layiqdir. Bu xalça Azərbaycanın mədəniyyətində əhəmiyyətli yer tutur və güc, qoruma, həmçinin rifahın simvoludur. Lakin bu xalça ənənəvi rəng paletindən fərqli olaraq Meksika bayrağının yaşıl və sarı rənglərində hazırlanıb. Xalçada yaşılın müxtəlif tonları və sarı rənglər istifadə edilib ki, bu da Sergio Perezin Meksika köklərinə bir ehtiramı göstərir.
Xalça unikal çərçivədə – qutuda təqdim olunur və bu qutu əsl xalçalarla bəzədilib. Bu xalçalar üzərində Formula 1-in əsas ornamentləri və simvolları öz əksini tapır. Qutunun dizaynı Azərbaycanın xalçaçılıq ənənələrinin müasir yarış simvolikası ilə sintezini nümayiş etdirir. Eyni üslubda hazırlanmış kubok qutusu da diqqətəlayiqdir. Hər iki qutu ənənəvi Azərbaycan naxışlarını müasir idman atributları ilə birləşdirərək, həm sənətkarlıq, həm də müasir idman ruhunu yaşadır. Xalçanın özü təbii ipək və yun materiallarından hazırlanıb və unikal relyefli 3D texnika ilə toxunub. Bu texnika xalçaya xüsusi dərinlik və həcm qatır, naxışlar və motivlər daha aydın və gözoxşayan formada görünür. Belə dekorasiya tədbirin milli-mədəni kontekstini Formula 1-in qlobal səhnəsinə çıxarır, yarışın simvollarını Azərbaycan xalçaçılığının zəngin ornamentləri ilə ifadə edir. Təbii materialların istifadəsi xalçanın keyfiyyətini və davamlılığını artırır, onu həm estetik, həm də funksional baxımdan yüksək dəyərli bir sənət əsərinə çevirir.
Sergio Perezin şərəfinə toxunan xalçanın sentyabrın 14-də möhtəşəm təqdimat mərasimi baş tutdu, idmançı özü mərasimdə iştirak etdi, gözəl və dəyərli hədiyyə üçün hər kəsə təşəkkürünü bildirdi.
Bu cür mədəniyyətlərarası dialoq, xalçaçılıq sənətinin və Formula 1-in simvolikasının birləşdirilməsi, həm Azərbaycanın zəngin mədəni irsini, həm də qlobal idman dünyasında tanınan təmsilçiliyi bir araya gətirir. Milli guşə həm yerli, həm də xarici qonaqlar üçün Azərbaycanın ənənələrini və müasir dövrdə dünya ilə olan əlaqələrini dərk etməyə və hiss etməyə imkan yaradır.
Guşənin ən maraq doğuran cəhətlərindən biri də həm yerli, həm də xarici qonaqların Formula 1 şərəfinə toxunan xalçaya ilmə ata bilmə imkanın olmasıdır. Tədbir qonaqları xalça toxuma prosesində birbaşa iştirak edə və öz əlləri ilə bir neçə ilmə bağlaya bilərlər. Bu proses iştirakçılara xalçaçılıq sənətinin nə qədər incə və zəhmət tələb edən olduğunu göstərir, eyni zamanda onları ənənəvi sənətkarlığın bir hissəsinə çevirir. Tədbirdə dəzgahda təqdim olunan xalça Formula 1-in loqosunun təsvirini əks etdirir. Bu xalçada iki əsas – ağ və qırmızı rənglərdən istifadə olunub. Bu sadə və gözoxşayan rəng seçimi, Formula 1-in ikonik loqosunun təravətli və müasir versiyasını təqdim edir, eyni zamanda bu təmsil olunan dizaynın müxtəliflik və dinamizmini vurğulayır.
Sonda “Azərxalça” ASC -nin toxucusu və qonaqlar tərəfindən toxunan xalça Formula 1 muzeyinə hədiyyə olunacaq.
Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar
Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb
Tramp: Amerikanın qızıl dövrü başlayır
Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib
Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK
Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər
Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb
Azərbaycan könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər
İtaliya saytı 20 Yanvar faciəsindən yazıb
Putin Trampı təbrik edib
Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
İtaliya mediası 20 Yanvar faciəsindən yazır
20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib
ANAMA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Qərbi Azərbaycan İcmasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Fərid Səfərli Azərbaycana qaytarılıb
Latın Amerikası mətbuatı 20 Yanvar faciəsindən yazıb
“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub
"Bu ərazilərə sanki atom bombası atılıb"15 Yanvar 2025
16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi15 Yanvar 2025
ALƏT MİLLƏTİN AĞILSIZLIQ BƏLASI14 Yanvar 2025
İlham Əliyevin “yaşıl hədəf"ləri12 Yanvar 2025
Praqmatik və düşünülmüş siyasət09 Yanvar 2025
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB08 Yanvar 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!