20 Yanvar 2025 20:41
342
CƏMİYYƏT
A- A+
“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub

“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub


Gürcüstanda geniş oxucu auditoriyasına malik “Adjara.PS” portalında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın Batumidəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.

Məqalədə deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası liderinin əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin bölmələri paytaxt Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bir sıra rayonlarına yeridildi. Sovet qoşun birləşmələri ağır texnika və müxtəlif növ silahlarla dinc sakinləri qətlə yetiriblər.

Sovet ordusu Bakıda misli görünməmiş qəddarlıqla qırğın həyata keçirib. Gecə yarısı Bakıda fövqəladə vəziyyət elan olunsa da, əhaliyə məlumat verilməyib. Əhali üçün fövqəladə vəziyyət elan etməzdən əvvəl hərbçilər 82 nəfəri vəhşicəsinə qətlə yetirib, 20 nəfəri isə yaralamışdılar. Yanvarın 20-də və fövqəladə vəziyyət elan edildikdən sonrakı günlərdə Bakıda 21 nəfər həlak olub. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda daha 8 nəfər - yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub.

Bildirilir ki, 20 Yanvar faciəsi bütün dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Faciədən sonra sovet imperiyası Azərbaycanda bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası xalq işinə çevrildi və ölkənin yeni siyasi tarixində ilk dəfə olaraq Azərbaycan xalqı müxtəlif dövlətlərdə təşkilatlanmaya başladı.

Qeyd olunur ki, faciəyə ilk siyasi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1990-cı il yanvarın 21-də Moskvada verilib.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Həmçinin qeyd olunur ki, Azərbaycan xalqı hər il yanvarın 20-də şəhidlərin xatirəsini ehtiramla yad edir. Hər il faciənin ildönümü Şəhidlər xiyabanına izdihamlı ziyarətlərlə müşayiət olunur, burada faciənin rəmzi olan qırmızı qərənfillər vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gətirilir, onların xatirəsi ehtiramla yad edilir.

Vurğulanıb ki, Azərbaycan xalqının həm də qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar heç vaxt unudulmamalı, gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar  

22:26
10 Fevral

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

22:25
10 Fevral

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

22:23
10 Fevral

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

22:20
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub  

22:19
10 Fevral

Türkiyədə 2024-cü ildə 842 terrorçu zərərsizləşdirilib

19:49
10 Fevral

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub  

19:48
10 Fevral

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

19:21
10 Fevral

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  

19:20
10 Fevral

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

19:18
10 Fevral

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır  

18:32
10 Fevral

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

18:20
10 Fevral

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 

18:19
10 Fevral

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib  

18:17
10 Fevral

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb  

18:14
10 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:13
10 Fevral

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb  

18:12
10 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb  

18:11
10 Fevral

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir  

18:10
10 Fevral

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub  

18:08
10 Fevral

“DeepSeek”in istifadəçi sayı rekord həddə çatıb

17:59
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!