20 İyun 2025 18:31
743
İQTİSADİYYAT
A- A+
“AzerGold” sikkə və külçələrin gerialışı üzrə müştərilərə 1,15 milyon manat ödəniş edib  

“AzerGold” sikkə və külçələrin gerialışı üzrə müştərilərə 1,15 milyon manat ödəniş edib  

“AzerGold” QSC daxili pərakəndə bazarda qiymətli metalların dövriyyəsini artırmaq və vətəndaşların investisiya imkanlarını genişləndirmək məqsədilə satışını həyata keçirdiyi qızıl məhsulların 2021-ci ildən gerialış əməliyyatlarını icra edir.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, 2025-ci ilin yanvar-may aylarında ümumi çəkisi 85 unsiya olan qızıl sikkə və külçələrin gerialışı həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 244 faiz artım deməkdir. Gerialış əməliyyatları nəticəsində müştərilərə 459 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 376 faiz artımdan xəbər verir.

Bütün fəaliyyət dövri ərzində isə ümumi çəkisi 274,4 unsiya olan qiymətli məhsulların gerialışı həyata keçirilib, ödənişlərin ümumi məbləği 1.15 milyon manat təşkil edib. Ötən dövr ərzində geri alınmış məhsullarının 260,8 unsiya həcminin təkrar satışı həyata keçirilib və 1,23 milyon manat gəlir əldə edilib.

Qeyd edək ki, “AzerGold” tərəfindən satışa çıxarılan məhsulların gerialışı QSC-nin Bakı şəhərində yerləşən Satış və mübadilə mərkəzində həyata keçirilir. Gerialış üçün müştəri məhsulu, onun keyfiyyət sertifikatını təqdim edir. Satış və mübadilə mərkəzinin eksperti tərəfindən məhsul yoxlanıldıqdan sonra Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq qızılın dəyərinə əlavə 2 faiz qazancla müştəriyə ödəniş edilir.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2019-cu ildən qiymətli metalların pərakəndə satış bazarına Azərbaycanın milli-mədəni irsini əks etdirən müxtəlif dizaynlı sikkələr, eləcə də külçələr təqdim olunur. Məqsəd ölkəmizin mədəni dəyərlərinin təbliği ilə yanaşı, iqtisadi və investisiya potensialının genişləndirilməsi, qiymətli məhsulların ticarətində “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına əlavə töhfə verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!