01 Mart 2025 08:50
1094
Təhsil
A- A+
"AzerGold" QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb

"AzerGold" QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb


Fevralın 27-də "AzerGold" QSC-də ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması, "Mədən topoqrafiyası" dərs kitabının təqdimat mərasimi keçirilib. 

Tədbirdə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Təqaüd proqramlarının növbəti qaliblərini təbrik edib və onlara təhsil, gələcək karyera həyatlarında uğurlar arzulayıb.

Zakir İbrahimov Təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin QSC-nin inkişafi strategiyası əsasında müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində 2021-ci ildən həyata keçirildiyini bildirib. Qeyd edilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının təcrübə şəraitində inkişaf etdirilməsidir.

Layihə çərçivəsində, bugünədək ümumilikdə 38 nəfərin ali təhsil və 37 nəfər peşə təhsili üzrə tələbənin təqaüd qalibi olduğunu, QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini deyən Zakir İbrahimov səhmdar cəmiyyətinin ixtisaslı kadr ehtiyacına uyğun olaraq həmin tələbələrin məzun olduqdan sonra peşə fəaliyyətinə başlamasına da dəstək göstərildiyini diqqətə çatdırıb.

Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə hesab edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "AzerGold" QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

Nazir müavini qalib tələbələri təbrik edərək, proqram müddəti ərzində tələbələrə istehsalat təcrübəsindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib.

Daha sonra peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələr üçün nəşr olunan "Mədən topoqrafiyası" kitabı barədə məlumat verən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru dərs vəsaitinin Elm və Təhsil Nazirliyinin təşəbbüsü, "AzerGold" QSC-nin dəstəyi ilə türk dilindən Azərbaycan dilinə tərcümə və nəşr etdirildiyini diqqətə çatdırıb. O, "Mədən topoqrafiyası" kitabının mədənçilikdə müasir topoqrafik ölçmə-hesablama növ və üsulları ilə bağlı peşə məktəbi tələbələrinin hazırlığına xidmət etdiyini deyib. Bildirilib ki, 200 tirajla çap olunan kitab ölkəmizin əsas dağ-mədən sənaye rayonları hesab olunan Daşkəsən və Gədəbəy, eləcə də Gəncə şəhərində yerləşən peşə təhsili müəssisələrinə göndərilib.

Sonda Təqaüd proqramı müsabiqələrinin qaliblərinə təltifnamə və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ali təhsil müəssisələrindən "Geologiya", "Dağ-mədən mühəndisliyi", "Kimya mühəndisliyi", "Ekologiya" ixtisasları üzrə təhsil alan 10, peşə təhsili müəssisələrindən isə 2 tələbə "AzerGold" təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədilə qaliblərin hər biri üçün aylıq təqaüdün verilməsinə başlanılıb. 

Layihə çərçivəsində səhmdar cəmiyyətinin ixtisaslı kadr ehtiyacına uyğun olaraq proqramda iştirak edən tələbələrin məzun olduqdan sonra peşə fəaliyyətinə başlamasına da dəstək göstərilməsi nəzərdə tutulub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub  

19:07
30 Mart

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb  

18:36
30 Mart

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub  

17:39
30 Mart

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir  

17:13
30 Mart

Almaniya klubunun baş məşqçisi istefaya göndərilib  

16:10
30 Mart

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!