14 Mart 2025 08:20
2064
Təhsil
A- A+
BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq konfrans keçirilir

BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq konfrans keçirilir


Martın 13-də Bakı Mühəndislik Universitetində (BMU) "Mühəndislik problemlərinin həllində menecment və idarəetmə" (MaCoSEP- 2025) mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, konfrans BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE), Türkiyənin Ege, Macarıstanın Debrecen universitetləri, Ukraynanın Kibernetika İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Konfransda əvvəlcə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca Dövlət himni səsləndirilib.

Tədbiri açan BMU-nun rektoru Yaqub Piriyev Türkiyə, Ukrayna, Qazaxıstan, Azərbaycan, Macarıstan, Polşa, Gürcüstan və digər ölkələrdən nüfuzlu alimlərin qatıldığı tədbirin təkcə mühəndislik sahəsində qazanılan nailiyyətlərin paylaşılması deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsində mühüm bir platforma, gələcək əməkdaşlıqlar üçün körpü olduğunu bildirib. Azərbaycan təhsili və elminin əsas vəzifələrindən danışan rektor qloballaşan dünyanın müasir çağırışları, ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətinin Azərbaycan elmi qarşısında yeni tələblər qoyduğunu deyib və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı dövlət proqramlarını diqqətə çatdırıb.

Rektor elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələrin bir araya gəldiyi konfransa yerli, eləcə də 17 xarici ölkə alimləri tərəfindən ümumilikdə 321 məqalənin təqdim olunduğunu və onlardan 180-nin qəbul edildiyini söyləyib. Eyni zamanda qida sənayesinin problemlərindən tutmuş süni intellektin və mühəndisliyin ən geniş problemlərinə dair ətraflı müzakirələrin konfransın işinə böyük töhfələr verəcəyini vurğulayıb.

Sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov konfransın mühəndisliyin aparıcı sahələrinin problemlərinin araşdırılması baxımından önəmini diqqətə çatdırıb, elmi məruzələrin gələcək tədqiqatlar üçün baza rolunu oynayacağını qeyd ediblər.

Plenar sessiyada Səudiyyə Ərəbistanı KAPSARC tədqiqat mərkəzinin professoru Fateh Belaid, Avstriya İohann Kepler Universitetinin professoru İohann Reixl məruzələrlə çıxış ediblər.

Konfransın ikinci günündə Estoniyanın Tartu Universitetinin professoru Sedat Akleylek, İtaliyanın Palermo Universitetinin professoru Calogero Vetro və Hindistanın Rajagiri Texnologiya Məktəbinin professoru Sanni Josef Kalayathankalanın məruzələri dinləniləcək.

Martın 15-də başa çatacaq konfransın materialları "Scopus" və "Web of Science"ə daxil olan ABŞ Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun bazasında indeksləşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

14:29
07 Mart

“Sabah” qəzeti: “Bayraktar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığına töhfə verir

14:26
07 Mart

Təxliyə davam edir: Çin, ABŞ və Pakistan vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib

14:24
07 Mart

Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

14:22
07 Mart

Ölkə ərazisində dumanlı, əsasən yağmursuz hava şəraiti gözlənilir

14:20
07 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir

14:19
07 Mart

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

14:18
07 Mart

Azərbaycan cüdoçusu Qran-Pridə qızıl medal qazanıb

14:00
07 Mart

İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

13:37
07 Mart

İrandan təxliyə davam edir: 16 Çin vətəndaşı Azərbaycana keçdi

13:28
07 Mart

Zelenski: Ukraynaya 29 raket və 480 dron atılıb

13:26
07 Mart

Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb

13:24
07 Mart

“Fitch Ratings” Fransanın kredit reytinqini A+ səviyyəsində saxlayıb, lakin xəbərdarlıq edib

12:21
07 Mart

Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

11:23
07 Mart

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

11:19
07 Mart

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

11:01
07 Mart

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

10:38
07 Mart

Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib

10:27
07 Mart

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycan ərazisinə qarşı əsassız hücumları pisləyib

10:19
07 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

09:57
07 Mart

Bilmək istəyirəm

09:30
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!