20 May 2025 08:10
580
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "qızıl dövrü": COP29-da Qlobal İqlim Fəaliyyətinə rəhbərlik

Azərbaycanın "qızıl dövrü": COP29-da Qlobal İqlim Fəaliyyətinə rəhbərlik


Dünya iqlim dəyişikliyinin artan təsirləri ilə mübarizə apardığı bir vaxtda Azərbaycan innovativ təşəbbüsləri ilə diqqət mərkəzinə çevrilib. Xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - daha çox COP29 iqlim sammiti kimi tanınan tədbirdə oynadığı mühüm rol ölkənin iqlim diplomatiyası və fəaliyyət sahəsindəki "qızıl dövr"ündə əlamətdar bir mərhələni ifadə edir. Azərbaycanın ətraf mühitin mühafizəsinə transformativ yanaşması təkcə öz gələcəyini yenidən formalaşdırmır, həm də qlobal iqlim strategiyalarına ciddi təsir göstərir.


Davamlılıq üçün baxış


Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə götürdüyü öhdəlik ölkəmizin  milli siyasət çərçivəsində mühüm yer tutur. Ölkəmiz iqlim məqsədlərini Paris Sazişində qeyd olunan beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atıb. Bu öhdəliklər Azərbaycanın iqtisadi inkişafla ekoloji dayanıqlılığı tarazlaşdırmağa yönəlmiş daha geniş strategiyasını əks etdirir.

Diqqətəlayiqdir ki, Azərbaycanın iddialı enerji diversifikasiya strategiyası istixana qazı emissiyalarını azaltmaq və bərpaolunan enerji mənbələrini təşviq etmək məqsədi daşıyır. Günəş, külək və su-elektrik enerjisi sahələrinə investisiyalar sayəsində hökumət həm enerji səmərəliliyini, həm də enerji təhlükəsizliyini gücləndirən dayanıqlı infrastruktur formalaşdırır. Bu səylər Azərbaycanı davamlı inkişafa qlobal keçid prosesində əsas regional aktor kimi mövqeyə sahibləndirir.

2024-cü ilin noyabrında COP29-a evsahibliyi edən Bakı coğrafi sərhədləri aşan və xalqları davamlı gələcək uğrunda birləşdirən təşəbbüslərə rəhbərlik etməyə hazır olduğunu nümayiş etdirdi. Bu mühüm tədbir yalnız Azərbaycanın qlobal ekoloji problemlərin həllində artan rolunu deyil, həm də Qərb ölkələri ilə Qlobal Cənub arasında, xüsusilə "yaşıl enerji" keçidi mövzusunda dialoqun təşviqindəki strateji əhəmiyyətini önə çəkir.


İnnovativ həllər


Ev sahibi kimi Azərbaycan nəinki müzakirələri asanlaşdırır, həm də COP29-un gündəliyini fəal şəkildə formalaşdırır. Hökumət dünya üzrə "yaşıl layihə"lər üçün maliyyə mexanizmlərinin gücləndirilməsinə dair daha güclü öhdəliklərin qəbulunu təşviq edir. Bu sahədə fərqlənən təşəbbüslərdən biri bərpaolunan enerji mənbələrindən istifadəni hədəfləyən çoxşaxəli layihə olan "Yaşıl Enerji Qovşağı"dır. Qovşağa irimiqyaslı günəş-elektrik stansiyaları, külək turbinləri və su-elektrik qurğuları daxildir və bu infrastrukturlar əsas ixrac potensialı daşıyır.

Azərbaycan iqlim çağırışlarına cavab olaraq innovativ həlləri tətbiq etməklə sübut edir ki, modernləşmə və beynəlxalq əməkdaşlıq sayəsində əhəmiyyətli irəliləyişlər mümkündür. Ölkə öz "yaşıl enerji" potensialını genişləndirməklə həm Avropa istehlakçılarına elektrik enerjisi ixrac, həm də daxili ehtiyaclar üçün yeni texnologiyalar və sərmayə cəlb etməyi qarşısına məqsəd qoyub. Azərbaycanın istehsal etdiyi bərpaolunan enerji Avropa enerji sisteminə inteqrasiya olunduqda qitənin istənilən nöqtəsinə çatdırıla bilər. Bu səylər təkcə ölkənin enerji siyasətində dönüş nöqtəsi yaratmır, eyni zamanda qonşu dövlətlər üçün nümunə rolunu oynayaraq regional və qlobal iqlim siyasətlərinə töhfə verir.

Regional səviyyədə Azərbaycan, Qazaxıstan və Özbəkistan elektrik şəbəkələrini birləşdirməklə Avropa bazarlarına "yaşıl enerji" ixracına yönəlmiş ortaq strategiya üzərində işləyirlər. Bundan əlavə, Bakı ilə İrəvan arasında hələ sülh sazişinin imzalanmamasına baxmayaraq, Azərbaycanın Ermənistanı COP29-da iştiraka dəvət etməsi ölkəmizin iqlim dəyişikliyinə münasibətdə əməkdaşlıq və dialoq ruhunu təşviq etməyə sadiqliyini göstərir.

Qlobal miqyasda Azərbaycanın COP29-la bağlı fəal mövqeyi onun beynəlxalq iqlim danışıqlarında əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Ölkəmizin mühüm məsələlərdə konsensusa nail olmaq və iddialı iqlim hədəflərini müdafiə etmək bacarığı beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu yanaşma həm Qara dəniz-Xəzər regionunda Qərbin geosiyasi maraqlarına töhfə verir, həm də Avropa İttifaqının uzunmüddətli iqlim məqsədləri ilə üst-üstə düşür. Bununla yanaşı, enerji təhlükəsizliyinin artırılması və regional sabitliyin möhkəmləndirilməsi üçün ortaq fəaliyyət planları və texnologiya transferləri əsasında yeni strateji tərəfdaşlıqlar üçün geniş imkanlar açılır. Xüsusilə qeyd olunmalıdır ki, Çin və ABŞ Azərbaycanın COP29-a sədrliyinə dəstəyi gücləndirmək barədə razılığa gəliblər ki, bu da tədbirin uğurlu nəticələnməsinə əlavə töhfə verib.


İrəliyə doğru Yol Xəritəsi


Müəyyən nailiyyətlərə baxmayaraq, Azərbaycanın davamlı gələcəyə doğru səyahəti hələ də bəzi çağırışlarla üzləşir. Bunlara iqtisadi inkişafın ekoloji məqsədlərlə tarazlaşdırılması, "yaşıl layihə"lər üçün maliyyə boşluqlarının aradan qaldırılması və qabaqcıl texnologiyaların tətbiqi zamanı texniki və logistik maneələrin dəf edilməsi daxildir.

Bununla belə, Azərbaycanın "qızıl dövr"ü tərəqqi üçün geniş imkanlar yaradır. Ölkənin "yaşıl texnologiya"lara yatırımları və beynəlxalq əməkdaşlığa sadiqliyi onu iqlim fəaliyyəti sahəsində irəliləməyə doğru istiqamətləndirir. Azərbaycanın COP-29-da liderliyi davamlı innovasiyaları, regional təsiri və qlobal əməkdaşlığı təşviq edərək gələcək təşəbbüslər və tərəfdaşlıqlar üçün mühüm platforma formalaşdırmışdır.

Hökumətin strateji baxışı bərpaolunan enerji layihələrinin genişləndirilməsinə, iqlim davamlılığının artırılmasına və ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Azərbaycanın bu məqsədlərə sadiqliyi qlobal iqlim fəaliyyətinin formalaşdırılmasında həlledici rol oynayır. COP29-a evsahibliyi etmək Azərbaycan üçün əməkdaşlıq və innovasiya gücünü nümayiş etdirmək, dayanıqlı gələcəyin təmininə yönəlmiş səylərini göstərmək və digər xalqları bu yolda ruhlandırmaq üçün qızıl bir fürsət olub.


Elxan Nuriyev, siyasi elmlər doktoru  


Redaksiyadan: Bu məqalə Nyu Yorkda yerləşən "The Geopolitics" (geosiyasət, siyasət və beynəlxalq münasibətlər üzrə unikal qlobal analiz və şərh mənbəyi) nəşrində, sonra isə Mərkəzi Avropa xəbər agentliyi CEENERGYNEWS-də dərc edilib və müəllif ARAB NEWS-dən sitat gətirib. 

Məqalənin müəllifi ABŞ-nin Fulbrayt proqramının (1995-1997) və Almaniyanın Humboldt mükafatının (1999-2000) laureatıdır. Hazırda o, Brüssel Enerji Klubunun qlobal enerji üzrə məsləhətçi-eksperti və Vyanada yerləşən Siyasi Risk və Strateji Məsləhət Xidmətində baş ekspertdir. E.Nuriyev 2008-2011-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!