14 İyul 2024 21:49
491
CƏMİYYƏT
A- A+
Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edilib

Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edilib

 

İyulun 14-də Azərbaycanın Milli qəhrəmanları - general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının dördüncü ildönümü ilə əlaqədar İkinci Fəxri xiyabanda məzarları ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı Tovuz döyüşlərinin Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olduğu, həmçinin Azərbaycan Ordusunun düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmədiyini bir daha göstərdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Tovuz döyüşlərində Ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq, igidlik nümunələri göstərib, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə alıblar. Təəssüf ki, həmin döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi mərd, vətənsevər oğullar şəhidlik zirvəsinə ucalıblar. Lakin onların qanları yerdə qalmayıb, qisasları alınıb. Həmin qəhrəmanların izi ilə gedən gənclər 44 gün ərzində dünya hərb tarixində indiyə qədər qeydə alınmayan salnamələr yazıb, ərazi bütövlüyümüzü bərpa ediblər. Ötən il konstitusiya quruluşumuzun bərpa edilməsindən sonra isə bu şərəfli missiyanın uğurla sona yetdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün xalqımız öz Milli qəhrəmanlarının xatirələrini alnıaçıq şəkildə anır, onlara minnətdarlıqlarını ifadə edirlər.

General-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova Milli Qəhrəmanın Azərbaycan Ordusunda və xalqımız qarşısında 25 illik xidməti ilə qəhrəmanlıq, Zəfər simvoluna çevrildiyini bildirərək deyib: “Əslində, o, sağlığında qəhrəmanlıq məktəbi yaratmışdı. Bu, Polad Həşimov məktəbi idi. Həmin məktəbin yetirmələri öz komandirlərindən aldıqları qəhrəmanlıq nümunələrini 44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdikləri misilsiz şücaətlərlə nümayiş etdirdilər və işğal altındakı torpaqlarımızı əsarətdən xilas etdilər. Beləliklə, Polad Həşimov Azərbaycan xalqının qəlbinə əbədi həkk olundu. Xalqı üçün yaşayıb onun üçün canını qurban verən qəhrəmanın xatirəsini qədirbilən xalqımız ən gözəl şəkildə yaşadır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canını fəda edən hər bir şəhidimizi ehtiramla anır, qazilərimizə can sağlığı diləyirəm”.

Ehtiyatda olan polkovnik-leytenant İlkin Mövsümlü isə Polad Həşimov və İlqar Mirzəyev ilə bağlı xatirələrini bölüşüb. O bildirib: “Polad Həşimovla 1992-ci ildən tanış idim. Keçmiş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində bir yerdə təhsil almışdıq. Biz bir tağım, bir manqada xidmət edirdik. 1995-ci ildən sonra xidmətlərimizi ayrı-ayrı hərbi hissələrdə davam etdirdik. Ondan sonra 2004-cü ildə yenidən bir araya gəldik və Qusarda xidmət etdik. Polad kursant olduğu dövrdən xidmətinin son anına qədər öz nizam-intizamı, biliyi, xarakteri ilə seçilirdi.

İlqar Mirzəyev isə bizim kurs yoldaşımız idi, lakin ixtisaslarımız fərqli idi. Biz piyada idik, İlqar isə artilleriyaçı. Xidmətdə zabit kimi qarşılaşmasaq da, əlaqələrimiz var idi. Polad Həşimov da, İlqar Mirzəyev də düşmənlə üzbəüz, ön xəttə olan postda xidmət edirdilər. Onlar o qədər vətənpərvər zabitlər idilər ki, geridə deyil, düşmənin bir addımlığında xidmət etməyi özlərinə rəva bilirdilər. Hər ikisi səngər zabiti idi. Biz onlarla hər zaman fəxr edəcəyik. Şəhidlər unudulanda ölürlər. Polad, İlqar kimi oğullar elə iz buraxıblar ki, onlar heç zaman unudulmayacaqlar.

Mən 2010-cu ildən ordu sıralarından tərxis olunmuşdum. Polad Həşimovun və İlqar Mirzəyevin şəhidliyi hamımızı silkələdi. Biz son döyüşün başlamasını gözləyirdik. 2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına qarşılıq olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Mən də sentyabr 29-da könüllü olaraq döyüşlərə qatıldım və Suqovuşan istiqamətində döyüşdüm. Qürur hissi ilə deyirəm ki, bütün şəhidlərin, o cümlədən Polad Həşimovun da, İlqar Mirzəyevin də qisası alındı".

Xatırladaq ki, ziyarət zamanı, həmçinin Yevlax rayon Vasif Mövsümov adına Gülövşə kənd orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!