05 Dekabr 2025 09:00
401
İQTİSADİYYAT
A- A+
Azərbaycanın ərzaq kompleksinin yeni ünvanları

Azərbaycanın ərzaq kompleksinin yeni ünvanları


Onların sırasında meyvə qurusu istehsal edən müəssisədən tutmuş iri heyvandarlıq təsərrüfatınacan var


Bu il istifadəyə verilən onlarla müxtəlif təyinatlı müəssisə ölkəmizin iqtisadi xəritəsini zənginləşdirməklə yanaşı, həm də ayrı-ayrı sahələrin inkişafına təkan verib. Təqdirəlayiqdir ki, bunların bir çoxu ərzaq təhlükəsizliyinə xidmət edir. 

Bu qəbildən olan müəssisələrin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə bərabər, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir, ixrac potensialını daha da artırır. Bunlar "Made in Azerbaijan" brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. 

Bu istiqamətdə atılan növbəti addımlardan biri iyunun 12-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda "Nobel Food İndustry" MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışı oldu. Açılışında da qeyd edildiyi kimi, "Azərsun Holdinq"ə məxsus "Qafqaz" konserv zavodu və "Shervan" MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur.

İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Bu yeni zavodun yaradılması sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.

Açılan hər yeni müəssisə həm də yeni iş yerləri deməkdir. Sözügedən müəssisələrin bir çoxunun regionlarda açılması bölgələrimizdə yaşayan əhalinin məşğulluğuna dəstək baxımından da xüsusi məna daşıyır. Götürək elə oktyabrın 28-də İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılmasını. Onu da deyək ki, açılışda Prezident İlham Əliyev iştirak edib.

Müəssisədə pivə istehsalı zamanı əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin "Bühler GmbH" şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, "Azərşəkər" və "Azərsun Holdinq" MMC-lərin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. "Carlsberg Azerbaijan" pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

İmişli rayonunun onlarla sakini burada öz daimi iş yerini tapıb. 

İsmayıllı rayonunun Topçu kəndində dövlət başçısının iştirakı ilə mayın 26-da açılan "Coca-Cola Bottlers" MMC-nin yeni istehsal müəssisəsi illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Bu, "Coca-Cola Bottlers" MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. "Coca-Cola"nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Onu da qeyd edək ki, "Azerbaijan Coca-Cola Bottlers" MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.

"Coca-Cola"nın yeni müəssisəsi 15 hektar ərazidə inşa edilib. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən bu istehsal sahəsində 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Burada istehsal olunacaq məhsulların, əsasən, daxili bazarda satışı nəzərdə tutulub.

Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. "Azerbaijan Coca-Cola Bottlers" MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə alınan "yaşıl enerji" ilə təmin etməyi nəzərdə tutur.

İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksi də ölkəmizin ərzaq təhlükəsizliyinə sanballı töhfə verəcək. Kompleks Prezident İlham Əliyevin xeyir-duası ilə mayın 9-da fəaliyyətə başlayıb. Yurd yerinə geriyə dönən insanların məşğulluğunun həllində də bu iri heyvandarlıq kompleksinin əhəmiyyətli rolu olacaq.

Kompleksə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Fəaliyyətə başladığı vaxt təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var idi. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.

Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır.  Böyük sahədə əkilən arpa və buğda isə təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq.

Bu və digər müəssisələrin açılışı göstərir ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətləri olaraq qalır. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. Paytaxtla yanaşı, regionlara yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması həm də qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrin iqtisadi potensialının daha da möhkəmləndirilməsində böyük rol oynayır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur  

11:18
17 Mart

Ötən gün 40 cinayətin açılması təmin edilib

11:16
17 Mart

Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub  

11:15
17 Mart

Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb

11:14
17 Mart

Dünya birjalarında neft bahalaşıb

11:13
17 Mart

Norveçli diplomatlar İrandan təxliyə olunub

11:12
17 Mart

BMT-nin Baş katibi müsəlmanlara qarşı nifrət ritorikası ilə mübarizəyə çağırıb  

11:11
17 Mart

Azərbaycan nefti bahalaşıb 

10:56
17 Mart

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət ediblər 

10:55
17 Mart

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

10:35
17 Mart

Keçmiş məcburi köçkün: Bu gün çox sevincliyəm

10:29
17 Mart

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

Ayda maqnit sahəsinin sirri ilk dəfə izah olunub  

10:16
17 Mart

BƏƏ İrandan gələn hücumlar səbəbindən hava məkanını bağlayıb  

10:09
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!