03 May 2025 08:00
2516
SİYASƏT
A- A+
Azərbaycana yüksək nüfuz gətirən siyasət

Azərbaycana yüksək nüfuz gətirən siyasət


Ötən iki onillik ərzində böyük inkişaf yolu keçən, milli maraqları qətiyyətlə təmin edən Azərbaycan cənab İlham Əliyevin yürütdüyü siyasət sayəsində dünyanın hər yerindən görünən, beynəlxalq səviyyədə hər addımı maraqla və diqqətlə izlənilən, əksər ölkələrin qarşılıqlı hərtərəfli əlaqələr qurmaq üçün çalışdığı nüfuzlu ölkəyə çevrilib. Cənubi Qafqazın aparıcı aktoru olan ölkəmiz, həm də beynəlxalq arenada oynadığı fəal rolla, yeni və ədalətli dünya nizamının qurulması istiqamətindəki çağırışları, bu yöndə atdığı əməli addımlarla böyük rəğbət qazanıb. 

Əlverişli geosiyasi coğrafiyada yerləşən, Avropa və Asiyanı birləşdirən Azərbaycanda məhz Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti ilə yaradılan münbit zəmin respublikamızı beynəlxalq enerji, nəqliyyat qovşağına çevirib. Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən nəhəng dəhlizlərin gerçəkləşməsi də Azərbaycanın səylərinin bəhrələridir desək, yanılmarıq.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi və müxtəlif qütblər arasında, bir-birinə zidd ölkələrlə tarazlığa dayanan, balanslaşdırılmış siyasət, sözün əsl mənasında, ərazicə kiçik olsa da, Azərbaycanı dünyanın tək-tük sayılıb-seçilən, etimad olunan ölkələri sırasına ucaldıb. Regionda, eləcə də dünyada baş verən geosiyasi prosesləri dərindən təhlil edərək adekvat qərarlar verən Prezident İlham Əliyev diplomatik bacarığı ilə, atdığı praqmatik addımlarla Azərbaycanı qlobal məsələlərin həlledici güc mərkəzinə çevirib. 

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq üçün əzmlə çalışır, mühüm çağırışlar edir. XXI əsrdə hələ də bəzi ölkələr tərəfindən neokolonializm siyasətinin aparılmasına qarşı mübarizə aparır. 


Beynəlxalq siyasətdə Azərbaycanın mühüm rolu


Xüsusi vurğulayaq ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu həm dünyanın hər bir qütbü ilə yüksək əlaqələrə malik olması, həm də bu siyasətin xalqımızın, ölkəmizin milli maraqlarına xidmət etməsi ilə əlamətdardır. 

Təkcə aprel ayında Prezident İlham Əliyevin Türkiyəyə və Çinə səfər etməsi, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə gəlmələri Azərbaycanın yürütdüyü çoxşaxəli beynəlxalq siyasətin göstəricisidir. 

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 10-da sözügedən ölkədə işgüzar səfərdə oldu. Antalyada dövlətimizin başçısı İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla, Şimali Kiprin Prezidenti Ersin Tatarla, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraayla, Gürcüstanın Baş naziri İrakli Kobaxidzeylə, Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanla, Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşlərinin keçirilməsi isə Azərbaycanın beynəlxalq siyasətdəki mühüm rolunu bir daha təsdiq etdi. 

Dünyada etibarlı tərəfdaş kimi ad qazanan Azərbaycanın, baxmayaraq ortada suyu bulandırmaq istəyənlər də var, Avropa İttifaqı (Aİ) ilə münasibətləri səmimiyyət üzərində qurulub. Buna görədir ki, sözügedən qurum ölkəmizlə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. 

Aprelin sonlarında Azərbaycana səfər edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Prezident İlham Əliyevlə görüşü zamanı Aİ-nin Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib.

O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.


Azərbaycan Çin əlaqələri daim yüksələn xətlə inkişaf edir


Ölkəmizin xarici siyasət kursunda dünya nəhəngi Çinlə əlaqələr hər zaman prioritet təşkil edib. Tarixi İpək yolunun birləşdirdiyi Azərbaycanla Çinin ötən il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Birgə Bəyannamə qəbul etməsi isə iki dost ölkənin əlaqələrini strateji tərəfdaşlıq müstəvisinə qaldırıb. 

Bu baxımdan, aprelin 22-dən 24-dək Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərində olması mühüm əhəmiyyət kəsb etdi. Səfər zamanı Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalandı. Həmin bəyanatda deyilir ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.

Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı sözügedən bəyanatın mühüm mahiyyətindən bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanla Çin arasında bəyanatın imzalanması ölkəmiz üçün həqiqətən mühüm nailiyyətdir: "Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır".


Möhkəm təməl üzərində inkişaf edən dövlətlərarası münasibətlər


Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfər etməsi də Azərbaycanın yürütdüyü xarici siyasətin mühüm hadisəsi kimi şərh edilməlidir. Bu onu göstərdi ki, qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman xüsusi yer tutur.  

Azərbaycanın İrana münasibəti həmişə xoşməramlı olub. İki ölkənin  əlaqələrinin pozulması istiqamətində həyata keçirilən bütün maraqlı dairələrin mənfur planları ölkəmizin nümayiş etdirdiyi siyasi iradə sayəsində puç edilib. Məsud Pezeşkianın səfəri də bir daha göstərdi ki, İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneə yoxdur və hazırda bu əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkan yaranıb. 

"Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür", - deyə aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı söylədi. 

Göründüyü kimi, Azərbaycan qlobal proseslərin müsbət yöndə gedişatına təsir göstərəcək aktiv və təsirli fəaliyyəti ilə dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmizin beynəlxalq arenada oynadığı mühüm rol Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının təzahürüdür. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!