13 Noyabr 2024 08:35
289
SİYASƏT
A- A+
Azərbaycana xoş gəlmisiniz!

Azərbaycana xoş gəlmisiniz!


Dünyanın nəbzi Bakıda döyünür. Azərbaycan qlobal iqlim tədbirinə - COP29-a evsahibliyi edir. Sessiyanın gedişindən məlum olur ki, onun əhəmiyyətini əngəlləmək üçün aparılan bütün təbliğat və təxribatlar boşa çıxıb. Dünyanın əksər dövlətləri, xüsusən Azərbaycana dost olan ölkələr tədbirdə yüksək səviyyədə təmsil edilirlər.

İnsanlar arasında olduğu kimi, dövlətlərin də münasibətlərində dostluq və ya düşmənçilik olur. Məsələn, götürək Fransanı. Bu ölkə son illər, daha doğrusu, Qarabağ Zəfərindən sonra Azərbaycana qarşı, yumşaq desək, ədalətsiz mövqedə dayanır. Özünü Avropa demokratiyasının müəllifi sayan bu Qərb dövləti COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul olunandan indiyədək özünə yer tapa bilmir. Üstəlik, bir sıra digər Avropa ölkələrini də ardınca aparır. Amma nə fayda?! COP29 yüksək səviyyədə keçirilir. Dünyanın hər tərəfindən dövlət başçıları, hökumət rəhbərləri, beynəlxalq qurumların, qeyri-hökumət ekoloji təşkilatlarının nümayəndələri Azərbaycana toplanıb. Təsadüfi deyil ki, COP-un təşkilatçısı olan BMT-nin Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos bu tədbirin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman güclü olub: "Çünki ölkəniz həmişə təşkilatımızın işində fəal iştirak edib. Bu gün hətta bir çox təşəbbüslər sayəsində konstruktiv tərəfdaşlıq daha da yüksəlib. COP29-un təşkilində BMT-nin Azərbaycana tam etimadı var. İqlim gündəliyi bu günlərdə BMT-nin əsas prioritetlərindən biridir".

Gürcüstan bizim yaxın qonşumuz və etibarlı tərəfdaşımızdır. Bu gün qonşu ölkədə Qərbin müdaxiləsi nəticəsində daxili vəziyyət gərgindir. Buna baxmayaraq, Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29-da iştirak etmək üçün ölkəmizə gəlmişdir. Üstəlik, baş nazir görüş zamanı Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etmişdir. Bu fakt bir daha onu göstərir ki, çətin anlar belə, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə mane ola bilmir.

Belarus müstəqilliyimizin ilk illərindən Azərbaycanla sabit dostluq münasibətləri saxlayan ölkədir. Bu slavyan ölkəsi torpaqlarımız işğal altında olarkən həmişə bizim yanımızda olub, ədaləti müdafiə edib. İki ölkə arasında yüksək siyasi əlaqələrlə yanaşı, dinamik şəkildə inkişaf edən iqtisadi əlaqələr də mövcuddur. Son dövrlər ümumi ticarət dövriyyəmizin 41 faiz artması bunun nəticəsidir. Elə buna görədir ki, COP29 çərçivəsində Prezident İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko görüşəndə ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsinin perspektivlərini də müzakirə etmişlər. 

Serbiya ilə Azərbaycan arasında münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkənin dövlət başçısı arasında olan dostluq isə bu inkişafı daha da dərinləşdirir. Qarabağın işğalı dövründə də Serbiya hər zaman ölkəmizin haqq səsinə səs vermiş, beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. 

İndi budur, Serbiyanın lideri COP29-da iştirak üçün Bakıdadır. Prezident İlham Əliyevlə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olunmuş, yüksəksəviyyəli  qarşılıqlı səfərlərdə intensivlik qeyd edilmişdir. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.  

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu tədbiri boykot edənlərə bildirmişdir: "Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!"


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!