15 İyun 2025 09:45
937
Mədəniyyət
A- A+
"Azərbaycan"a sevgi Azərbaycana sevgidir 

"Azərbaycan"a sevgi Azərbaycana sevgidir 


Şeir zaman-zaman yazan (şair) üçün də, oxuyan (oxucu) üçün də ruhi rəvanlıq olub.  Xalqın ruhu bayatılarla durulaşıb, deyimlərlə, poetik kəlamlarla, gəraylılarla, qoşmalarla, ustadnamələrlə, formalaşıb, cilalanıb. Nə vaxtsa yazılmış şeir xalqın ruhunun, xəlqi ruhun şeiriyyətinin zərrəsi olursa, yaşadılır. Yaşadılır və sevilir, sevilə-sevilə yaddaşlarda tarixləşir. Belə şeirləri tarixi şəxsiyyətlər də yüksək dəyərləndirirlər. Onlar da belə şeirləri özünə könül ovqatı bilirlər.

Səməd Vurğunun "Azərbaycan" şeirini azərbaycançılığın poetik manifesti də adlandırardım (adlandırıram). "Azərbaycan" xalqın şeiridir, xalqın Azərbaycana şeiriyyət monoloqudur...

"Azərbaycan" şeiri böyük tarixi şəxsiyyət Heydər Əliyevin də ruhunun şeiri idi. Ulu Öndər "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" qürurunun  işığında "Azərbaycan"ı  duyğusallıqla,  sevgilərlə, bir qədər də  kövrəkliklə (bu kövrəklikdə Azərbaycana sevginin ahənrübalığı da vardı) deyirdi. Şeirin bir bəndi birömürlük sədaqət nuruna dönmüşdü: 


El bilir ki , sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!


Belə şeirlərin sərhədi olmur.

Bu şeir  mayın 28-i Müstəqillik Günündə Laçında da səsləndirildi. Laçın Beynəlxalq Hava Limanının açılışından sonra Azərbaycan, Türkiyən və Pakistan liderlərinin Zirvə görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirdi. Bu səsləndirmə "Azərbaycan "a sevgi  idi, Azərbaycana sevgi  idi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının  qürurunun şeiriyyətiydi,  türk ruhunun - türkün ruhunun haləsiydi, dünya üçün laçınlı gerçəkliklərin duyğulaşmış ifadəsiydi.

İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycanın yanında idi. Mənəvi dəstəyi hərbi dəstək tamamlayırdı. Bu, iki qardaş dövlətin dövlətçiliyinə qarşılıqlı ehtiramın, sevginin təzahürü idi. Şuşa Bəyannaməsi bu iki qardaş dövlət arasında təkcə hərbi əməkdaşlıq haqqında sənəd deyil, həm də qardaşlığın mənəvi təsdiqi olan sənəddir!  

Rəcəb Tayyib Ərdoğan Zəfər paradında demişdi: "Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarında duman artıq dərdli deyil. Girov qalmış xarıbülbül  artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay  artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. "Qarabağ şikəstəsi"ni  oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Onda bu şeiriyyət hansı sevgilərlə dinlənilmişdisə, "Azərbaycan" şeiri də həmin sevgilərlə dinlənildi. Dinləyənlər Çanaqqalada qazanılan qələbəni xatırladı, Böyük Millət Məclisində Mustafa Kamal Paşa Atatürkün möhtəşəm çıxışını xatırladı, Qafqaz İslam Ordusunu, Bakının işğaldan azad edilməsini xatırladı, 2020-ci ilin 8 noyabrını xatırladı, Şuşa Bəyannaməsini xatırladı, 2023-cü ilin 19-20 sentyabrını xatırladı...

Hamının könül xoşluğunu göy üzünün aydınlığında düşüncələrinin nizamı tamamlamışdı. Bu fikirlər kövrək, düşündürücü bir bayatının davamıydı sanki...

Həm də duyanlar, ruhu rəvanlar, düşüncələri "Bir millət, iki dövlət" kəlamının fəlsəfəsinin işığına sarılanlar bilir ki, bu kəlmələrin mahiyyətindəki poetikanın nəqaratı  "Azərbaycan" şerinin aşıladığı "Can Azərbaycan"dır...

Gözəl şeir, düşündürücü şeir, ruhun şeiri həm də mənəvi dəyərləri yaşatma vasitəsidir. Böyük Səməd Vurğunun azərbaycançılığın poetik manifesti olan "Azərbaycan" şeiri həm də ruhun doğmalığının, qardaşlığının şeiridir. Yaşadılır, yaşadılacaq. Laçında tarix bir daha şahidi oldu ki, "Azərbaycan"a sevgi həm də Azərbaycana sevgidir.


Rəşid FAXRALI,

Əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!