25 Mart 2026 14:43
963
Təhsil
A- A+
Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  


2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.

Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.

Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.

Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.

Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.

Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21 mindən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Hörmüz boğazı tamamilə açıqdır, amma dəniz blokadası davam edəcək  

18:14
17 Aprel

Türk politoloq: Türkiyə və Azərbaycan regional təsir imkanlarını qlobal səviyyəyə daşıya biləcək gücə malikdir  

18:13
17 Aprel

"Azərbaycan Dəmir Yolları" sərnişin xidmətini ölkə üzrə genişləndirir  

18:13
17 Aprel

ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb

18:06
17 Aprel

Azərbaycanda birinci rübdə bitki yağı istehsalı artıb, kərə yağı azalıb

17:57
17 Aprel

Rəcəb Tayyib Ərdoğan: Parlament diplomatiyası daha ədalətli dünya üçün əsasdır

17:42
17 Aprel

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla əlaqəli şəkildə davam etdiririk  

17:41
17 Aprel

Sahibkarlar qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılmasını istəyirlər  

17:40
17 Aprel

Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur  

17:39
17 Aprel

Buğda qiymətləri qlobal ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlər fonunda artır

17:39
17 Aprel

Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazanıb

17:38
17 Aprel

Avropada yeraltı qaz anbarlarının doluluq nisbəti 30 faizə yaxınlaşır

17:37
17 Aprel

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB

17:36
17 Aprel

“Anadolu Ankası – 2026” beynəlxalq təlimi başa çatıb 

17:35
17 Aprel

Hava yağıntılı olacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

17:35
17 Aprel

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

17:34
17 Aprel

Ali Məclisin plenar iclasında 3 məsələ müzakirəyə çıxarılıb

17:33
17 Aprel

Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb

17:32
17 Aprel

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək  

17:30
17 Aprel

Xankəndidə əmək yarmarkasında satış məsləhətçisi üzrə vakansiyalar təqdim olunub  

17:29
17 Aprel

İran müharibəsinin əsas qalibləri 

17:27
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!