27 Fevral 2026 01:23
791
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 195-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 195-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 55


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 195-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli və 2026-cı il 14 yanvar tarixli 14 nömrəli qərarları) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bəndə və 2.3.3-cü yarımbəndə “matroslar,” sözündən sonra “kursantlar,” sözü əlavə edilsin;

1.2. 2.3.4-cü yarımbəndə “baş matros,” sözlərindən sonra “kursant,” sözü əlavə edilsin;

1.3. 2.6.2-ci yarımbəndə “matrosların,” sözündən sonra “kursantların,” sözü əlavə edilsin.

2. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 960 (Cild I); 2025, № 5, maddə 504) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə –- “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.3-cü bəndinə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin, 2.1.1-ci, 9.2.3-cü yarımbəndlərində və 4.3-cü bəndində ismin müvafiq hallarında “ali hərbi məktəblər” sözləri ismin müvafiq hallarında “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə –- “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.3-cü bəndinə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin, 2.1.1-ci, 9.2.3-cü yarımbəndlərində və 4.3-cü bəndində ismin müvafiq hallarında “ali hərbi məktəblər” sözləri ismin müvafiq hallarında “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 dekabr tarixli 524 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2240 (Cild I) ilə təsdiq edilmiş “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.5-ci yarımbəndə “keçən,” sözündən sonra “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil alan,” sözləri əlavə edilsin;

3.2. 3.6-cı bəndə “əsgər,” sözündən sonra “matros, kursant,” sözləri əlavə edilsin;

3.3. 3.10-cu bəndə “matros,” sözündən sonra “kursant,” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli 153 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 720 (Cild I); 2024, № 4, maddə 449; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 dekabr tarixli 412 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu Qaydası”nın 1.1-ci bəndinə “qulluqçuları” sözündən sonra “, kursantlar” sözü əlavə edilsin.



Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 24 ” “ fevral ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

Dubay beynəlxalq hava limanında bəzi uçuşlar bərpa olunub

17:28
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:14
07 Mart

Səudiyyə Ərəbistanından təxliyə olunan vətəndaş: Bizə dedilər ki, artıq Azərbaycandan göstəriş gəlib və bu plan üzrə işlər görülür

17:01
07 Mart

BƏƏ bu gün 15 ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb

16:41
07 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda təhlükəsizlik yüksək səviyyədə təşkil olunur

16:32
07 Mart

İrandan təxliyə prosesi davam edir: Avstriya səfirliyi və səfir Friedrich Stift təxliyə olunub

16:11
07 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə növbəti təxliyəsi həyata keçirilib

16:07
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!