03 Oktyabr 2024 02:36
4413
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 171 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin: 

1. Aşağıdakı məzmunda 7-1-7-3-cü hissələr əlavə edilsin:

"7-1. Sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə nazirliyə müraciət edə bilər. İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə nazirlik tərəfindən 5 iş günü müddətində "Lisenziyalar və icazələr haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxılır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə nazirlik tərəfindən qəbul edilmiş inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 

7-2. Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara (bundan sonra yeni sahibkar) ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə nazirliyə müraciət etməlidirlər:

7-2.1. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər (yalnız yeni sahibkara münasibətdə);

7-2.2. investisiya təşviqi sənədinin əsli;

7-2.3. investisiya təşviqi sənədi verilmiş layihənin (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərinin, həmin layihə ilə bağlı hüquq və öhdəliklərin) yeni sahibkara ötürüldüyünü təsdiq edən sənədlərin surəti.

7-3. Nazirlik bu Qaydanın 7-2-ci hissəsində nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində "Lisenziyalar və icazələr haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə yeni sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda, investisiya təşviqi sənədi və həmin investisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara, bununla bağlı məlumat isə investisiya təşviqi sənədinin ilkin sahibinə 2 iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.".

2.  8-ci hissəyə "sənədi" sözündən sonra "və həmin sənəddə bu Qaydanın 7-1-ci və 7-2-ci hissələrində nəzərdə tutulmuş dəyişikliklər" sözləri, "verilməsindən" sözündən sonra "və ya həmin sənəddə dəyişiklik edilməsindən" sözləri əlavə edilsin və həmin hissədə "Qanununun 20-ci maddəsində" sözləri "Qanununda" sözü ilə əvəz edilsin.

  

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!