№ 10
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1000 (Cild I); 2024, № 9, maddə 1067, № 11, maddə 1251) ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 7.1.8-ci, 8.1.11-ci və 14.1.6-cı yarımbəndlərdə “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” sözləri ilə əvəz edilsin, həmin yarımbəndlərin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin.
2. 7.1.9-cu, 8.1.12-ci, 14.1.7-ci yarımbəndlər ləğv edilsin.
3. Aşağıdakı məzmunda 8.1.8-1-ci yarımbənd əlavə edilsin:
“8.1.8-1. sağlam təhsilalanların məktəbə qəbul tarixinə aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə etməsi:
1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;
2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:
3.1. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
3.2. işsiz kimi qeydiyyatda olanlar;
3.3. əmək pensiyası yaşına çatanlar;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “21” “yanvar” 2025-ci il